Ata hamilə qızını və onun sevgilisini öldürdü
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin paytaxtı Ankarada ata öz qızını və onunla birgə yaşayan şəxsi odlu silahdan atəş açaraq öldürüb.
Moderator.az "Cumhuriyet"ə istinadən xəbər verir ki, dəhşətli hadisə axşam saatlarında Mamak rayonu, Bahçeleriçi məhəlləsi, Mamak küçəsində qeydə alınıb.
İlkin məlumatlara əsasən, B.K. adlı şəxs 19 yaşlı qızı E.K.-nin birlikdə yaşadığı 53 yaşlı E.O.-nun eyni məhəllədəki mənzilinə gedib. Evdə B.K. və E.O. arasında münaqişə başlanıb. Söz davasının getdikcə kəskinləşməsi nəticəsində ata silahını çıxararaq qızını və E.O. adlı şəxsi güllələyərək qətlə yetirib.
Cinayəti törətdikdən sonra dərhal ərazidən qaçan şübhəlinin tutulması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən axtarış tədbirlərinə başlanılıb. Həyatını itirən 19 yaşlı qızın hamilə olduğu və 53 yaşlı şəxsin onunla eyni müəssisədə işlədiyi üzə çıxıb.
Hazırda faktla bağlı cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Baxış sayı:70
Bu xəbər 31 Oktyabr 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















