Arzuladığı Nobel mükafatı həyat yoldaşına qismət ola bilər
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-nin birinci xanımı Melaniya Tramp Oleşkidə humanitar atəşkəsin əldə olunmasında mühüm rol oynayıb ki, bu da potensial olaraq onun, həyat yoldaşı Donald Trampın çoxdan arzuladığı Sülh üzrə Nobel Mükafatına yolunu açır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazıb.
Yazıda Melaniya Trampın Xerson vilayətində humanitar missiyanı həyata keçirmək üçün Rusiya və Ukrayna ilə birba.a işlədiyi diqqətə çatdırılıb.
“Prezident və nazir Pit Heqset müharibə ritorikasına və hərbi gücün nümayişinə üstünlük verdiyi halda, birinci xanım sakitcə başqa bir işlə - Rusiya və Ukraynanı danışıqlar masasına gətirən humanitar diplomatiya ilə məşğul olurdu”, - yazıda qeyd olunub.
Müəllif hesab edir ki, bu fəaliyyətini nəzərə alaraq, Melaniya Tramp Sülh üzrə Nobel Mükafatına namizəd olmağa həyat yoldaşından daha layiqdir.
“Donald Trampın öz şöhrətini artırmaq üçün münaqişələrin dayandırılması cəhdlərindən fərqli olaraq, ABŞ birinci xanımının diplomatik səyləri, humanitar yanaşmanın əhəmiyyətini nümayiş etdirir”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, Rusiya və Ukrayna oktyabrın 23-də Xerson vilayətinin Oleşki şəhərində lokal atəşkəslə bağlı razılığa gəlib. Atəşkəs haqqında razılıq ABŞ-nin birinci xanımı Melaniya Trampın iştirakı ilə əldə edilib. Oktyabrın 27-də qüvvəyə minən atəşkəs rejimi noyabrın 1-dək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 31 Oktyabr 2026 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















