Icma.az
close
up
RU
Belen İqlim Sammitində qlobal həqiqətlər səsləndirilib: Braziliyada COP30 rəsmi olaraq başladı

Belen İqlim Sammitində qlobal həqiqətlər səsləndirilib: Braziliyada COP30 rəsmi olaraq başladı

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 noyabr, AZƏRTAC

Braziliyanın Belen şəhərində dünya liderlərinin iştirakı ilə keçirilən İqlim Sammiti — COP30 çərçivəsində liderlərin plenar iclası öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirə BMT-nin Baş katibi Antonio Quterreş, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva, COP29 Prezidenti və bir sıra ölkələrin dövlət və hökumət başçıları qatılıb.

Azərbaycanı Belen İqlim Sammitində Milli Məclisin sədri Sahibə Qafarova, həmçinin Azərbaycan Respublikasının Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayevin rəhbərlik etdiyi COP29 heyəti, Xarici İşlər Nazirliyi və digər dövlət və hökUmət rəsmiləri təmsil edirlər.

Belen Sammiti COP30-un rəsmi açılışına qədər keçirilən yüksək səviyyəli mərhələ sayılır və iqlim böhranına qarşı siyasi öhdəliklərin gücləndirilməsini hədəfləyir.

Çıxışında BMT Baş katibi Antonio Quterreş bildirib ki, dünya 1,5°C hədəfi altında qalmaq öhdəliyini yerinə yetirə bilməyib: “Elm artıq xəbərdarlıq edir ki, 2030-cu illərin əvvəllərindən etibarən bu həddin müvəqqəti aşılması qaçılmazdır. Biz bu aşmanı mümkün qədər kiçik, qısa və təhlükəsiz etməliyik. Hər dərəcə artımı daha çox aclıq, köç və itki deməkdir”, – deyə Baş katib vurğulayıb.

O, iqlim böhranının fəlakətli nəticələrinin - meşə yanğınlarının, daşqınların, quraqlıqların və fırtınaların artmasının insan həyatına və iqtisadi inkişaflara ağır zərbə vurduğunu qeyd edib. Quterreş ölkələri dərhal və kollektiv şəkildə emissiyaları azaltmağa, fosil yanacaqlardan mərhələli imtinaya, bərpa olunan enerji və adaptasiya investisiyalarını sürətləndirməyə çağırıb.

“1,5 dərəcə bəşəriyyət üçün qırmızı xətdir. Biz bu hədəfdən imtina etməyəcəyik. Elm, ədalət və gələcək nəsillərin yanında durmaq vaxtıdır”, – deyə Quterreş bildirib.

BMT Baş katibi həmçinin COP29-da Bakıda razılaşdırılmış 1,3 trilyon ABŞ dolları iqlim maliyyəsi məqsədinə istinad edərək, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər bu maliyyə öhdəliklərini reallaşdırmalı olduqlarını xatırladıb.

Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva çıxışında COP29-da əldə olunan nəticələrə xüsusi təşəkkür edib, Bakıda imzalanan “Bakıdan Belenə Yol Xəritəsi” sənədini qlobal iqlim səylərinin istiqamətləndirilməsində mühüm addım kimi qiymətləndirib.

“Azərbaycanın COP29 sədrliyi altında atılan addımlar COP30 üçün güclü zəmin yaratdı. Biz bu yol xəritəsini praktik fəaliyyət planına çevirməliyik”, – deyə Lula vurğulayıb.

İki gün davam edəcək Belen Sammiti çərçivəsində meşə və okeanların qorunması, enerji keçidi, Paris Sazişinin 10 illiyi, milli iqlim planları və inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi kimi mövzular müzakirə edilir. Xüsusi diqqət “Tropical Forests Forever Fund” - tropik meşələrin uzunmüddətli qorunmasına yönəlmiş beynəlxalq maliyyə təşəbbüsünə ayrılıb.

Rəsmilər bildiriblər ki, Belen Sammiti Braziliyanın iqlim dəyişiklikləri ilə mübarizədə qlobal liderlik iddiasını gücləndirir və COP30 konfransına siyasi impuls verir.

Xatırladaq ki, noyabrın 10-dan etibarən Belen şəhəri COP30 konfransına rəsmi şəkildə ev sahibliyi edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri