Icma.az
close
up
RU
“Bəli, bir dəfə mənə pul təklif olunub”

“Bəli, bir dəfə mənə pul təklif olunub”

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bugünlərdə karyerasını başa vurduğu məlum olan Türkiyənin tanınmış hakimlərindən Arda Kardeşler doğulduğu Bursa şəhərində işıq üzü görən “Spor Bursa” nəşrinə açıqlamalar verib.

"Football-plus.az" xatırladır ki, 38 yaşlı ədalət təmsilçisi sentyabrda keçirilən “Trabzonspor” – “Qaziantep” oyununda (1:1) kobud səhvlə gündəmə gəlmişdi. “Trabzonspor” boş zona yaxalayaraq hücuma çıxarkən oyunu dayandırmaqla o, bir andaca nifrət obyektinə çevrilmişdi. Arda Kardeşler 2015-ci ildən elita matçlarına təyinat alırdı və superliqada 100-dən çox oyun idarə etmişdi. Sözü verək ona.
* Trabzondakı matçda yaşanan epizodda fitimi səsləndirdikdən sonra oyunçuya topu hələ oyuna daxil etməməyi göstəriş verdim. O isə topu oyuna daxil etdi. Mən də bu üzdən oyunu saxlayaraq “gözlə” dedim. Əslində belə epizodlar bir çox matçlarda yaşanır. Sadəcə, “üstünlük” prinsipinin itməsi üzündən olay tam fərqli yerlərə yozuldu. Bu hadisənin böyük təsiri oldu. Açığı, mən də həmin an epizodu izləsəydim, “Trabzonspor”un “üstünlük” prinsipini itirdiyini düşünərdim. Çünki hücum başlayarkən topu qəbul edən futbolçunun önü çox açıq idi.
* Federasiya prezidenti zatən həmin gün canlı yayında deyəcəklərininin hamısı dedi (İbrahim Hacıosmanoğlu “bunun qarşılığı çox ağır olacaq” demişdi – red.). Onun bu sözündən sonra mənim artıq Türkiyədə hakimlik etməyim mümkün deyildi. Zatən o gündən sonra da bir daha hakim kimi fəaliyyət göstərmədim. Yanvarda istefa məktubumu göndərdim. Bu, sadəcə, prosedurun tələbi idi. İşin hüquqi tərəfidi. İstefam qəbul olundu və hər şey bitdi. İntizam Komtiəsinin mənə verdiyi 15 günlük cəzanın isə həmin oyunla əlaqəsi yox idi. Hakimlər Komitəsinin icazəsi olmadan televiziyaya çıxdığıma görə cəzalandım.
* Təxminən 10 il bu işi böyük məmnuniyyətlə yerinə yetirdim. Amma son 2-3 mövsümdə performansım o qədər mükəmməl deyildi. Açığı, mənə artıq önəmli qarşılaşmalar həvalə edilmirdi. Görünür, qismətim bura qədər imiş.
* Karyeram boyunca mənə nə vaxtsa pul təklif olunubmu? Bəli, bir dəfə olub. Zatən həmin hadisə ilə bağlı bütün dosyelər indiyə qədər də federasiyadadı. Çünki belə bir olayın iştirakçısı olan kimi dərhal polisə gedərək ifadə verdim. Hadisə mənim idarə etdiyim oyunda yaşanmamışdı. Sadəcə, mənim vasitəmlə başqa bir hakimə pul təklif etmək istəmişdilər.
* VAR böyük qalmaqalların və kobud səhvlərin qarşısını kəsmək üçün yaradılıb. Düzdü, xəttin çəkilməsi ilə ofsayd mövzusunda, demək olar, problem aradan qaldırıldı. Amma penalti və əllə oyun kimi mübahisəli məqamlarla bağlı dünyanın hər yerində müzakirələr davam edir. Hər halda, ən azı aşkar əllə oyun olduqda bu, gözdən qaçmır. İllər öncə “Vanspor”la oyunda “Beşiktaş”lıların indiyə qədər də unuda bilmədiyi bir əllə oyun epizodu yaşanmışdı. Artıq o cür epizodlar yaşanmır.
* Bundan sonra menecerliklə məşğul olmağı planlaşdırıram. Lisenziya almaq və FİFA meneceri olmaq istəyirəm. Aprelin sonunda keçiriləcək imtahanlara hazırlaşıram. Cənubi Mərmərə bölgəsində çox istedadlı futbolçular yetişir. Onların inkişafına dəstək olmaq və düzgün klublara yönəltmək istəyirəm. Hər halda, illərdi futbolun içindəyəm. Bu sahədə bir çox tanışım var. Həm bundan, həm də futbolçunun potensialını üzə çıxarmaq qabiliyyətimdən yararlanmaq niyyətindəyəm.
* Efirlərə çıxıb şərhçi kimi heç vaxt işləmərəm! Birincisi, o hakimlərin çoxu mənim qardaşlarımdı. Uzun illər birlikdə çalışmışıq. Onları efirdə tənqid etməyim etik cəhətdən düzgün olmaz. İkincisi, onsuz da ölkədə şərhçilərin sayı çoxdu. 90 dəqiqəlik oyunu az qala üç saat şərh edirlər. Bəzən reytinq xətrinə efirdə etik normalara uyğun olmayan sözlər işlədirlər. Məsələn, Mustafa Çulcu uzun illər HK sədri kimi çalışıb. Üzərimizdə əməyi çox olub. Amma indi efirdə hakimləri tənqid edir. Şərhçilik mənə uyğun iş deyil.
* Məncə, Türkiyədə hakimlik insanların və mətbuatın iddia etdiyi qədər bərbad durumda deyil. Superliqada oyunların pis idarə olunduğunu düşünmürəm. Digər ölkələri də izləyirik. Hakim səhvləri İspaniyada da, İngiltərədə də olur. Düzdü, bizim hakimlərin ümumi idarəçiliyi yox, amma bəzi qərarları çox bərbad olur. Hərçənd dediyim kimi elə bir ölkə yoxdu ki, orda hakimlikdə səhv olmasın. Hətta deyərdim, bizdəki hakimlik bir çox ölkədəkindən üstündü. İşin maddi tərəfi də ildən-ilə yaxşılaşır. Hakimlər indi yaxşı qazanır. Adamların bu sahəyə maraq göstərməsinin bir səbəbi də budu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Mart 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri