Icma.az
close
up
RU
“Bəli, mən “Sabah”ın hər iki matçda qorxaq oynadığını düşünürəm”

“Bəli, mən “Sabah”ın hər iki matçda qorxaq oynadığını düşünürəm”

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa səhnəsində yenə bir klubumuz - “Qarabağ” qaldı.

Ölkə futbolunun xurcununu yenə “köhlən atlar” daşıyır. Təkbaşına, dostsuz-tanışsız. 3-cü təsnifat mərhələsinin ilk oyunlarından sonra “Araz-Naxçıvan”a olmasa da, “Sabah”a ümidlər var idi. Sofiyada 97 dəqiqə qol buraxmayan, başabaş, hətta müəyyən məqamlarda üstün oyun sərgiləyən “bayquşlar” Masazırda fiasko yaşadı. İlk dəqiqələrdən rəqibin üstün futbol oynaması gözə dəyirdi. Oyun bitəndən sonra “Sabah”ın baş məşqçisi Valdas Dambrauskası qorxaqlıqda suçlayanlar çoxdu.
Həmkarımız Kənan Məstəliyevə və təcrübəli mütəxəssis Aslan Kərimova bu sualla müraciət etdik: “Sabah” həqiqətənmi qorxaq oynadı, “Levski”yə qarşı necə oynamalı idi?
Kənan Məstəliyev:

“Bəli, mən “Sabah”ın hər iki matçda qorxaq oynadığını düşünürəm. “Beşli” müdafiə bunun ilk sübutudu. Düzdü, bu sistem müdafiə futbolu demək deyil. Adətən, cinah müdafiəçiləri hücuma çıxanda vinger kimi çıxış edirlər. Dambrauskas hər iki oyunda iki dayaq yarımmüdafiəçisi ilə oynadı. Heç biri oyun qurucusu kimi oynamadı. Bu da müdafiəyəmeyilli futbolçular deməkdi. Konkret beş müdafiəçi, iki dayaq yarımmüdafiəçisi ilə oynadılar. Hücumçular - Mikels, Şafranko və Sekidika yaxşı, texnikalı futbolçular olsalar da, onlar topla bəslənməyi xoşlayırlar. Bir 10 nömrə, oyun qurucusu oynamalı, onları topla təmin etməliydi. Son 45 dəqiqəni çıxmaq şərti ilə - dörd hissənin üçündə “Sabah”ın müdafiə zonası ilə hücum zonası arasında 30-35 metr məsafə var idi. Dayaq yarımmüdafiəçiləri rəqibləri aldadaraq, keçərək irəli çıxmağa çalışırdılar. 4-5-1, 4-4-2 taktiki sxemi ilə oynayıb, ötürmə keçidini yaratmaq olardı. Topu mərkəzdə saxlamaq, irəlidəki futbolçuları topla təmin etmək olardı. “Sabah” “Selye” və “Petrokub” ilə belə oynadı, çoxlu qol vurduq, qələbə də qazandı. “Levski” ilə oyunda isə yanlış seçim komandanı uğursuzluğa düçar etdi. Dambrauskas qorxaq futbol oynatdı. Baş məşqçilər bu sistemlə oynayanda uzun ötürmələrdən istifadə edirlər. “Levski” ilə oyun göstərdi ki, bu komanda qorxulası deyil. Aşkar şəkildə qorxaq futbol oynadıq, Dambrauskas evdə belə qorxaq futbol oynatdı. Rəqib birinci hissədə “çərçivə”yə belə düşə bilmirdi. Başqa taktiki sxem seçərək, bu komandanı keçmək lazım idi. Bu məğlubiyyətin məsuliyyəti Valdas Dambrauskasın üzərindədi, cavab verməlidi”.


Aslan Kərimov:

“Düşünmürəm ki, Dambrauskas nəyisə səhv etdi. Düzdü, heyətlə bağlı bir-iki nüans demək olar. Məsələn, Xəyal oynaya bilərdi, iki yox, üç yarımmüdafiəçi ilə oynamaq olardı. Bunlar hamısı müzakirəyə açıq məsələdi. Hamısı versiyalardı. Bunu bilmək çətindi. Oyunun içində görünən o idi ki, ilk oyundaa olan yığcam müdafiəni ikinci oyunda da saxladı. Birinci və ikinci hissədə təkbətək qalmaq ehtimalımız var idi. Rəqibin cinah müdafiəçiləri çox yaxşı oynadı. Bu günə qədər “Sabah”ın cinah hücumçuları sürəti hesabına rəqiblərini geridə qoyurdusa, bu dəfə bunu bacarmadılar, çətinliklə keçdilər. Parisin iki dəfə keçdiyini gördüm. Kim daha çox səhv edəcəkdisə, o da məğlub olacaqdı. Rəqib bizi səhv etməyə məcbur etdi. Hesabın açılması qırılma nöqtəsi idi. Birinci hissənin sonunda qolun vurulması ikinci hissədə şansları çox azaltdı. Bəlkə Xaybullayevlə başlamaq olardı, Xəyalı oynatmaq olardı. Şafrankonun performansı ikinci hissədə aşağı düşdü. Qol imkanını əldən verməsi də var idi. Belə epizodları qola çevirə bilmirsənsə... Baş məşqçinin səhv etdiyini deməzdim, amma başqa addımlar atsaydı, bəlkə daha çox təsir edərdi. Oyun göstərdi ki, səhvlərimiz var. Qol imkanlarımız oldu, vura bilmədik. Qələbə qazanmaq üçün qol vurmalısan. Ələ düşən imkanları qola çevirə bilməmək və rəqibə elə boşluqlar verməyimiz sonda məğlubiyyətimizə gətirib çıxardı”.


MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:302
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Avqust 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri