Icma.az
close
up
RU
“Bəli, tarixi fürsət gəlib çatdı. Bu gün hökmən Prezident burada istefasını elan etməlidir. Budur, ən vacib məsələ...” Mütəllibov

“Bəli, tarixi fürsət gəlib çatdı. Bu gün hökmən Prezident burada istefasını elan etməlidir. Budur, ən vacib məsələ...” Mütəllibov

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Tutalım ki, mən buradan getdim, mənim əvəzimə alayı adam gəldi. Moskva ilə çox qəşəng danışacaqsınız, barışığa siyasi yolla gedəcəksiniz. Amma mənə macal vermirsiniz...”

Düz bir qərinə - 33 il öncə bu günlərdə  Xocalı kimi dəhşətli soyqırımından sonra Azərbaycanı ağuşuna almış siyasi və hərbi meydandakı xaotik proseslər fonunda Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov istefa verməyə məcbur oldu. Bu günədək həmin hadisə müxtəlif rakurs və siyasi mövqelərdən qiymətləndirilsə də, hələ də qaranlıq qalan məqamlar xeylidir.  

O günlər bilavasitə parlamentimizdə baş verənlərin şahidi və deputat kimi bilavasitə iştirakçısı olmuş tanınmış ictimai-siyasi xadim mərhum Maksim Musayev özünün “Milli Şura (10.1991- 05.1992) parlamenti” adlı xronoloji kitabında Ali Sovetin 1992-ci il 5-6 mart tarixli fövqəladə sessiyasının ən vacib və diqqətəlayiq məqamlarını özünəməxsus şəkildə qələmə alıb. 

Aktuallığını nəzərə alaraq kitabın həmin epizodlarını bir daha Moderator.az oxucularının müzakirəsinə buraxırıq:

Mütəllibov: "Mənim əlimdə hamınızı məsuliyyətə cəlb etmək səlahiyyəti var... Nə bağırırsan, Arif Hacıyev, qazını göstərmə! Verin Ağdamı da, qoy camaat qaçsın, Mütəllibovu götürün – məqsədinizə nail olun..."

(Əvvəli burada:)

“...Fasilədən sonra çıxış edən deputatlar S.Seyranov, Y.Allahveriyev, M. Abbasov, M.İsayev respublikadakı vəziyyəti normallaşdırmaq naminə təkliflər verdilər... 

Şadman Hüseynov: “Bayram Bayramovun sözü hələ də qulağımda cingildəyir: “Qarabağ heç vaxt bizə bu qədər yaxın olmayıb...”

Deputat Şadman Hüseynov çıxışında dedi: 

“Prezidentin çıxışını dinlədik. Prezident özü etiraf etdi ki, Moskvanın prezidentidir. Azərbaycan xalqının prezidenti deyil. Əgər xalqın prezidentidirsə, xalq Ali Soveti blokadaya alıb, çıxsın Prezident kimi öz sözünü desin... Sizin Gəncədəki çıxışınız yadımdadır.. Özünüz dediniz ki, erməniləri Gəncədən və Çaykənddən əsasən Qorbaçov çıxardı... 

Burada Milli Şura haqqında deyildi ki, o işləmir, onu bu günə salan Ali Sovetin aparatı, onun rəhbərliyi və yerlərdə icra başçıları oldu. Milli Şura şikayət otağına döndərilib. Qərarlar hazırlanıb, qəbul olunub, ancaq icrası təmin olunmayıb... 

Azərbaycan xalqının tarixində olmayıb ki, onun bir kəndi belə, ermənilər tərəfindən tam zəbt edilsin. Yazıçı Bayram Bayramovun sözü hələ də qulağımda cingildəyir: “Qarabağ heç vaxt bu qədər bizə yaxın olmayıb...” Əfsuslar olsun ki, Qarabağda bircə Şuşa qalıb, bu yaxında o da əldən gedəcək, onda görək Qarabağ kiminkidir?..” 

Deputat Eldar Sultanov qeyd etdi ki, 3-4 aydır ki, Qarabağ zonasındayam - oraları yeni faciələr gözləyir. Camaat xahiş edib ki, deputatlara çatdırım: vəziyyət ağırdır. Mənin bloknotumdakı yazılar onların xahişləridir, bir bloknot dolub...

Rəhim Qazıyev ultimatum verdi ki, 10 dəqiqəyə əsgərlər yığışdırılmasa, məsələ Tiflisdən də pis həll olunacaq... 

Onun ardınca danışan Rəhim Qazıyev elan etdi ki,  Ali Sovetin qarşısındakı adamları dağıtmaq üçün itlə və dubinka ilə 500 əsgər gətirilib. O, ultimatum verdi ki, əgər 10 dəqiqəyə kimi onlar yığışdırılmasa,  Allaha and olsun, məsələ Tiflisdən də pis həll olunacaq. Mən bunu deyirəm, özü də and içirəm vicdanıma, eləyəcəyəm də...”

Rəhim Qazıyevin bu sözlərindən sonra  Ali Sovet sədri Yaqub Məmmədov əsgərlərin gəlməsindən xəbəri olmadığını bildirdi. 

Yaqub Məmmədov əsgərlər geri qaytarılmasa, istefa verəcəyini  bəyan etdi...

Yazıçı İsmayıl Şıxlı əsgərləri geri göndərməyə, qan tökülməsinə yol verməməyə çağırdı. Bu vaxt Yaqub Məmmədov “əsgərləri gətirən kimdirsə, onları geri qaytarsın” –dedi və əks təqdirdə istefa verəcəyini bildirdi. Sonra isə fasilə elan etdi.

Fasilədən sonra Yaqub Məmmədov qeyd etdi ki, mitinq edənlərin arasında çoxlu silahlı adamlar olduğu üçün əsgərlər gəlib, onlar geri çağırılacaqlar… 

Arif Hacıyev: “AXC-nin demokratik yolla hakimiyyətə gəlmək üçün proqramı var...”

Sonra AXC üzvləri adından çıxış edən Arif Hacıyev Prezident A.Mütəllibovun istefası məsələsinə moratorium qoyulduğunu bildirməklə bərabər göstərdi: “Nə qədər ki, Mütəllibov Azərbaycanın rəhbəridir, Azərbaycan fəlakətə düçar olmağa məhkumdur”. O bildirdi ki, Azərbaycan hər il çağırışa 60 min əsgər verir, lakin indi iki çağırış keçirilmir. 

“Vəziyyətin pisləşməsində bizim də müəyyən günahımız var. Amma səlahiyyət kimdədir, məsuliyyəti də o daşıyır”. Arif Hacıyev AXC-nin demokratik yolla hakimiyyətə gəlmək üçün proqramının olduğunu bildirdi. 

Daha sonra çıxış edən Abbasqulu Fərzəliyev  Laçın, Qubadlı və Zəngilan rayonlarını düşmənə verməmək üçün bir neçə tədbirin həyata keçirilməsini təklif etdi. 

Rəşid Məmmədov Rəhim Qazıyevin ağdamlılardan üzr istəməsini tələb etdi...

Deputat Rəşid Məmmədov Qarabağın deputatların xeyli hissəsinin yadına düşməməsi, Xocalının 15 gün xarici aləmdən əlaqəsinin kəsilməsinə respublikadakıların məhəl qoymamasından danışdı. O, Rəhim Qazıyevin  Ağdam camaatını “qorxaq” adlandıraraq  təhqir etməsini tənqid etdi və onun ağdamlılardan üzr istəməsini tələb etdi.  Qarabağdakı gərgin vəziyyətin Bakıdakıların yersiz hərəkətləriylə daha da ağırlaşdırılmasını pisləyən deputat vəziyyətdən  çıxış yollarını da göstərdi. 

Deputat Bəkir Əyyubov da Qazax zonasında vəziyyətin ağırlığından danışdı. O, narazılığını bidirdi ki, hərbi vəziyyətdə yaşadığımız bir vaxtda hər hansı bir məsələni tənzimləmək üçün respublikanın rəhbər təşkilatlarına zəng vurduqda heç kəsi tapmaq mümkün olmur. Halbuki, belə hallarda xüsusi qərargah olmalıdır.  Deputat hərbi texnikanın mərkəzləşdirilmiş qaydada təmiri və qaydaya salınması yollarının nizamlanmasını da təklif etdi və vurğuladı ki, əlacımız özümüzü müdafiəyə qalıb. O, hərbi texnikadan və komanda heyətindən səmərəli istifadə  etmək üçün vacib saydığı digər məsələlərə də toxundu.

Yaqub Məmmədovla İsgəndər Həmidov arasında ciddi mübahisə düşdü...

Bu vaxt Yaqub Məmmədovla İsgəndər Həmidov arasında binadan kənarda  çağırılmış əsgərlərlə mitinqə gələnlərin biri-birilərinə toxunmamaları barədə ciddi mübahisə başladı. Mübahisəni M.Rəfiyevin çıxışı zəiflətdi. 

Deputat Səyyaf Verdiyev də öz çıxışında müharibə aparmaqdansa, problemi siyasi yolla həll etməyə üstünlük verdi. 

Çıxış edən deputat Qüdrət Quliyev Xocalı hadisəsini ört-basdır etməklə günahkar olan məsul şəxslərin məsuliyyətə cəlb olunmasını, Qarabağa, Naxçıvana humanitar yardım göndərilməsini vacib saydı. 

Deputat Məmməd Quliyev Qarabağın müdafiəsi üçün bir neçə maddədən ibarət təkliflərini oxudu.

Prezidentə “sədaqətli” adamların iclas zalının künc-bucağında, kabinetlərdə gizlənmələri Prezidentin tək və ümidsiz qalması artıq tam hiss edilirdi…

…Ali Sovetin qarşısında mitinqə toplaşanların “İstefa! İstefa!..” səsləri və aramsız çıxışları getdikcə güclənirdi. Mitinqin təşkilatçıları - əsasən AXC-dən olan deputatlar tez-tez gah mitinqə, gah da sessiya gedən iclas zalına get-gəl etməklə Prezidentin istefasını tezləşdirmək üçün əllərindən gələni əsirgəmirdilər. Elə gərgin vəziyyət yaranmışdı ki, Prezidentin məsləhətçiləri, yaxın adamları, onunla çiyin-çiyinə işləyənlər, qolbəyləri və digərləri artıq ona yaxınlaşmağa belə, cəsarət etmirdilər. Prezidentə “sədaqətli” adamların iclas zalının künc-bucağında, kabinetlərdə gizlənmələri Prezidentin tək və ümidsiz qalması artıq tam hiss edilirdi. Hansı yolla isə mitinq  iştirakçılarından xeyli vətəndaş iclas zalına girə bilmişdi və onlar da “demblok”dan olan deputatlara qoşulub tələb edirdilər ki, Prezident çıxış edib öz sözünü desin, yəni istefa versin. 

Ayaz Mütəllibov:” Mən bu vəzifədə bəlkə də qan qusuram...”

Sədrlik edən Yaqub Məmmədova təzyiq artdığından o,  Prezident Ayaz Mütəllibova söz verməli oldu. Prezident çox həyəcanlı və əsəbi halda dedi:

”...Əgər bu tədbirlərin hamısını səhnəcik kimi, ssenari şəklində məni buradan- vəzifədən götürmək üçün təşkil eləmisinizsə, bu, kişilikdən deyil. Mənim əlimdə hamınızı məsuliyyətə cəlb etmək səlahiyyəti var... Nə bağırırsan, Arif Hacıyev, qazını göstərmə! Verin Ağdamı da, qoy camaat qaçsın, Mütəllibovu götürün – məqsədinizə nail olun... Siz elə bilirsiniz ki, heç nə bilmirik. Hər şeydən xəbərim var... Bu təxribat nə cür hazırlanıb, niyə bu sessiya çağırılıb. Bəsdir!.. Açıq deyəcəyəm və deyərəm, dəhşətə gələrsiniz... Siyasətbazlıqla məşğul olmaq olmaz. Mən bu vəzifədə bəlkə də qan qusuram. Əl çəkin! Olmaz axı qarşıdurmanı  belə süni surətdə törətmək. Abır-həya olmalıdır, eyibdir, əynimizə şalvar geymişik...

“Mənim heç yerdə pulum yoxdur... Bilmirəm İsgəndər bəy bunu haradan götürüb...”

Mən özümə bəraət qazandırmaq istəmirəm, qüsurlar da var, nöqsanlar da. Mən humanist adamam... Bəli, Moskvanın əli var. Tutalım ki, mən buradan getdim, mənim əvəzimə alayı adam gəldi. Moskva ilə çox qəşəng danışacaqsınız, barışığa siyasi yolla gedəcəksiniz. Amma mənə macal vermirsiniz. Hələ sakit günlərdə uşaqlarımız hərbi xidmətdən imtina edib, rüşvətxorluq da hər yeri, hərbi komissarlığı da basıb...

“Axı niyə siz bunu anlamaq istəmirsiniz? Burada nə satqınlıq var?..”

4-cü ordu bizdə qalmalıdır. Bu, müvəqqəti bir şeydir. NATO kimi ordudur. İndi biz onu əlimizə alsaq, texnikasız, kadrlarsız neyləyəcəyik həmin ordu ilə? Axı niyə siz bunu anlamaq istəmirsiniz? Burada nə satqınlıq var?..

Müstəqillik nə deməkdir? Müstəqilliyin  rəmzi nədir? BMT-yə üzv  olmaq, səfirliklər yaratmaq, diplomatik əlaqələr qurmaq, azad iqtisadiyyata  girmək – bunların hamısı bizdə  var. Hara tələsirik? Burada çıxış edən yoldaşlar düz deyirlər ki, nə müharibə edə bilirik, nə səriştəmiz var, nə təcrübəmiz – bunu etiraf etməliyik. Xoruz kimi banlayanlar, Qarabağı görməyənlər Qarabağdan danışır. Mən də orada olmuşam, xanım… Qulaq asın, sakit olun. Burada açıq-aşkar Prezidenti xalq düşməni edirlər, demokratiyadan danışırlar...

Bəli, tarixi fürsət gəlib çatdı. Bu gün hökmən  Prezident burada istefasını elan etməlidir. Budur, ən vacib məsələ, Qarabağ məsələsi deyil... Mənim heç yerdə pulum yoxdur. Bilmirəm İsgəndər bəy bunu haradan götürüb? 

Şəhər və kəndlərimizi qaytaracağıq. Özünümüdafiə dəstələri təşkil etmişik, ordumuz da olacaq... Mütləq gərək inqilabı Rumıniya və Tiflis variantı eləyək?..”

(Maksim Musayev, “Milli Şura parlamenti”, Bakı, 2001. səh. 80-84) 

(Davamı var)

Təqdim etdi: Sultan Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Mart 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri