Icma.az
close
up
RU
“Bəlkə də Nailənin ruhu əziyyət çəkir...” Video

“Bəlkə də Nailənin ruhu əziyyət çəkir...” Video

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir neçə gündür sosial şəbəkələrdə Səma və Səbinə Abdullayeva bacılarının mərhum Əməkdar incəsənət xadimi Nailə Mirməmmədliyə məxsus mahnını klubda oxumaları müzakirələrə səbəb olub.​

“Qafqazinfo” xəbər verir ki, “Dərd verdin” mahnısını ifa edən Əməkdar artist Mətanət İsgəndərli məsələ ilə bağlı “Qonaqcanlı” verilişində danışıb.

Sənətçi bildirib ki, o, sözügedən mahnını 20 il əvvəl oxuyub: “Mahnının çox qəribə bir əhvalatı var. Kaş bir rejissor ola, bu mahnı haqqında film çəkə. İnsan öz dərdini qabaqcadan necə hiss edə bilər? Mən bu mahnını oxumamışdan əvvəl Nailə Mirməmmədli elə bil ki, öz dərdini hiss eləmişdi. Onda xoşbəxt bir ailə idilər. Mən bu mahnını oxuyandan sonra o, oğlunu itirdi. “Dərd verdin” mahnısını çox yerdə oxumurdum, çünki çox ağır mahnıdır. Hətta toylarda oxumağımı da istəyirdilər, deyirdim, yox, toy mahnısı deyil”.

M.İsgəndərli həmin mahnının klubda oxunmasına münasibət bildirib: “Demirəm, mahnımı oxumasınlar. Bir hörmət, halallıq xatirinə zəng edib icazə alardılar. Ola bilər, cavandırlar, həmin mahnının harada oxunması haqqında bilmirlər. Şou, sənət, efir mahnıları başqadır, toyda oxunanlar isə başqa. Belə mahnılar klublarda, barlarda oxunmur. Burada heç kimi təhqir etmirəm. Mənə müraciət etsə idilər, icazə də verərdim, bir böyük kimi başa da salardım ki, bu mahnı harada oxuna bilər. “Dərd verdin”i bəlli bir günlərdə - Xocalı Faciəsinin və 20 Yanvarın anım günlərində, N.Mirməmmədlinin anım gecələrində oxuyurdum. Yayılan həmin videoda insanlar qışqırırlar, bəlkə də sərxoşdular. Verilişlərdə belə oxumurdum bu mahnını. İnsanların hisslərinə hörmət etmək lazımdır. Nailə oğlunun meyiti ortada olanda ağlaya-ağlaya mənə zəng edib dedi ki, bu mahnını çox oxu, sən demə bunu öz dərdim üçün yazmışam, dərdimi bilirmişəm. İndi, bəlkə də, Nailənin ruhu orada əziyyət çəkir”. 

Müğənni qeyd edib ki, “Dərd verdin”in klipi N.Mirməmmədlinin oğlu vəfat edəndən sonra çəkilib. Həmin mahnının klipində Nailə Mirməmmədli də olub. 

Verilişdə həmçinin bildirilib ki, Nailə xanımın övladları məsələ ilə bağlı məhkəməyə müraciət ediblər. 

Daha ətraflı videoda:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri