Icma.az
close
up
RU
“Bəlkə də “Qəbələ” 1 xala layiq idi” “Sabah”ın baş məşqçisi

“Bəlkə də “Qəbələ” 1 xala layiq idi” “Sabah”ın baş məşqçisi

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Sabah” Misli Premyer Liqasının 20-ci turunda səfərdə “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyuna görə hər iki komandaya təşəkkür edirəm. “Qəbələ” çox yaxşı komandadır. Onların oyununda həqiqətən də məşqçi işi görünür. “Qəbələ” turnir cədvəlinin daha yuxarı pillələrində olmağa layiqdir. İstədiklərimizi həyata keçirmək üçün 20-25 dəqiqə vaxt lazım oldu. Rəqibin oturuşmuş müdafiəsini yarmaq çox çətin idi. Birinci hissədə bir qol fürsətimiz oldu. İkinci yarıda müəyyən düzəlişlər etdik. Xüsusən də ikinci hissənin əvvəlində yaxşı çıxış etdik. Qol da vurduq. İkinci qolu da vura bilərdik. Matçın son dəqiqələri bizim üçün çətin keçdi. Son 10 dəqiqədə “Qəbələ” tam heyətlə irəli atıldı. Onlar xoş sözlərə layiqdir. Bəlkə də “Qəbələ” bu gün 1 xala layiq idi. Qapıçımız möhtəşəm qurtarış etdi. Nəticədə 3 xal qazanan tərəf biz olduq. Futbolçularımı təbrik edirəm. Artıq “Kəpəz”lə oyuna hazırlaşmalıyıq.

- Lider olmaq komandanın üzərində təzyiq yaratmır?

- Biz sadəcə növbəti məşqə və qarşıdakı oyuna köklənirik. Heç vaxt liderlik barədə danışmırıq, turnir cədvəlinə baxmırıq. Öz inkişafımıza fokuslanmışıq. Səhvlərimizi təhlil edirik. 

- Sizin ölkəniz Litvada çempionluq mübarizəsi aparan komandanın çempionat oyunu avrokubok matçına görə təxirə salınsaydı, ictimaiyyət necə reaksiya verərdi?

- Bu, bizim səlahiyyətimizdə olan bir şey deyil. Əsas məqsədimiz komandanı öz oyunlarımıza kökləməkdir. Litvada da bəzən belə hallar baş verir. Sentyabra qədər avrokubokların təsnifat mərhələsi oyunları olur. Belə hallarda bizim ölkədə də çempionat matçları təxirə salınır. Amma bilmirəm bu, belə olmalıdır ya yox. Təqvimə nəzarət edən qurumlar olmalıdır. “Neftçi” və “Qarabağ” köklü klublardır. Biz daha çox özümüzə köklənirik. “Qarabağ”ı başa düşmək olar. Tarixi uğur əldə ediblər. Amma belə olan halda daxili çempionatı da unutmaq olmaz. Qərar verən şəxs mən deyiləm. Bunun üçün qurumlar var və mən onlara hörmət edirəm. 

- İngiltərədə məşqçi kimi çalışmısınız. “Nyukasl” qarşısında “Qarabağ”ın şanslarını necə dəyərləndirirsiz?

- Üzr istəyirəm, amma mən bu suala cavab verməyəcəyəm.

- “Qarabağ”ın təcrübəsi çoxdur, amma “Sabah” uğura acdıq. Sizcə, çempionluq mübarizəsində hansı amil həlledici ola bilər?

- Yenə eyni suala qayıdırıq. Məndən turnir cədvəlinin necə olacağını soruşursunuz. Hələ qarşıda 13 oyun var. Çempionluq yarışında olsaq da, biz daha çox özümüz özümüzlə yarış içindəyik, mübarizə aparırıq. Daha çox özümüzə köklənirik, səhvlərimizin üzərində işləyirik. Nələrin baş verəcəyini mayın sonunda biləcəyik.

- UEFA Millətlər Liqasında Azərbaycanla Litva eyni qrupa düşüb. Şansları necə dəyərləndirirsiniz?

- Harada işləyirəmsə, maraqlı və qəribə təsadüflə qarşılaşıram. Bolqarıstanda çalışanda Litva onlarda eyni qrupa düşdü. Kiprdə də həmçinin. İndi də Azərbaycanda belə hal oldu. Hər iki milli komanda haqda xoş sözlər deyə bilərəm. Əsas mübarizə Azərbaycanla Litva arasında olacaq. Bu sözləri Lixtenşteyn yığmasına hörmətlə yanaşaraq deyirəm. Hansı futbolçuların oynayacağı çox önəmlidir. Litva millisində çoxlu keyfiyyətli oyunçular var. Amma onlardan biri zədələnsə, komandaya çox böyük təsir göstərə bilər. Bizim “Çelye”də çıxış edən güclü hücumçumuz var. O, ağır zədə alıb. Xırda detallar oyunun taleyini həll edəcək. Azərbaycan yığmasında “Qarabağ”da çıxış edən təcrübəli futbolçular var. Litvanı da unutmayaq. Gənc və uğura ac komandadır. Yaxşı məşqçilər heyəti var. Onu da deyim ki, Litva millisi oyunlara hazırlaşarkən mənim köməyimə ehtiyacları olmayacaq. Müasir dövrdə bütün oyunları izləmək olur. İki gərgin oyun bizi gözləyir.

- “Qəbələ”nin ləğv olunan qolu ilə bağlı fikirləriniz necədir?

- Bu, mənim səlahiyyətimdə olan məsələ deyil. Son dəqiqələrdə qapıçımızın möhtəşəm qurtarışı var idi. Rəqib oyunçunun əllə oynadığı görünürdü. VAR-da daha yaxşı görürlər. Bəzən VAR lehinə, bəzən əleyhinə işləyir. “Sumqayıt”la matçda bizim əleyhimizə işlədi. İki qolumuzu ləğv etdilər. Mən özüm VAR sisteminin çox da tərəfdarı deyiləm. Son 10 dəqiqədə rəqib üstün oynadı. Hakim 5-6 dəqiqə artırsaydı, yəqin ki, fərqlənən tərəf “Qəbələ” olacaqdı. Səhvlərimizi təhlil edib nəticə çıxaracağıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Fevral 2026 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri