Təyyarələrinin ekipajının iş və uçuş vaxtı tənzimlənəcək
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrin ekipaj üzvlərinin iş və istirahət vaxtının tənzimlənməsini nəzərdə tutur.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Əmək Məcəlləsində və “Aviasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, ekipaj üzvlərinin iş və istirahət vaxtı, o cümlədən uçuş və uçuş iş vaxtı Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartları və tövsiyə olunan təcrübəsi, habelə müvafiq qaydalar əsasında müəyyənləşdiriləcək.
Ekipaj üzvlərinin maksimal iş vaxtı istənilən ardıcıl 7, 14 və 28 gün, eləcə də bir təqvim ili üzrə müəyyən ediləcək. Maksimal uçuş vaxtı isə ardıcıl 28 gün, bir təqvim ili və ardıcıl 12 təqvim ayı üzrə hesablanacaq.
Qanun layihəsi səsverməyə çıxarılıb və üçüncü oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 27 Oktyabr 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















