Qlobal istiləşmə heyvanların davranışını dəyişir
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qlobal istiləşmədən xilas olmaq üçün daha sərin ərazilərə köçməli olduğu düşünülən vəhşi heyvanların bir qismi tam əks istiqamətdə hərəkət edir.
Lent.az xəbər verir ki, qlobal istiləşmə fonunda heyvanların daha sərin bölgələrə çəkiləcəyi gözlənilsə də, alimlər getdikcə daha çox əks proses müşahidə edirlər. Bəzi növlər yaşayış areallarını daha isti bölgələrə doğru genişləndirirlər.
Belə növlərdən biri Şimali Amerikada yaşayan nadir Biknell qaratoyuğudur (Bicknell’s thrush). Bu quşlar artıq yaşayış mühitinin azalması və civə çirklənməsi kimi problemlərlə üzləşir. Alimlər isə iqlim istiləşməsinin onlar üçün əlavə təhlükə yaradacağından ehtiyat edirdilər. Söhbət əsasən dağların daha aşağı hissələrində yaşayan Amerika qırmızı sincablarından gedir. Bu sincablar toxumlarla qidalansalar da, nəğməkar quşların yuvalarına hücum edə bilirlər. Buna görə tədqiqatçılar temperaturun yüksəlməsi ilə sincabların dağlarda daha yuxarı qalxacağını və Biknell qaratoyuğunun yaşayış sahələrinə daxil olacağını düşünürdülər.
Lakin Massaçusets Universitetinin ekoloqu Toni Lin Morelli müəyyən edib ki, Amerika qırmızı sincabları gözləntilərin əksinə olaraq dağ yamaclarından aşağı enməyə başlayıblar.
Bu, nadir Biknell qaratoyuğu üçün yaxşı xəbər sayıla bilər. Çünki sincablarla rəqabətin və onların hücum riskinin artacağı ilə bağlı proqnoz özünü doğrultmayıb. Bununla belə, heyvanların bu cür davranışı alimlər üçün gözlənilməz olub. Tədqiqatçılar oxşar tendensiyanı digər heyvan növlərində də müşahidə edirlər. Bəzi bölgələrdə araşdırılan heyvanların təxminən yarısı daha sərin deyil, əksinə, daha isti ərazilərə doğru hərəkət edir.
Bu vəziyyət təbiətin mühafizəsi ilə bağlı işləri də çətinləşdirir. Əvvəllər daha sərin ərazilər iqlim dəyişikliklərindən qorunmaq üçün potensial “sığınacaq zonaları” hesab olunurdu. Yəni istiləşmə artdıqca heyvanların həmin ərazilərə köçəcəyi düşünülürdü. Lakin heyvanların yaşayış areallarında baş verən gözlənilməz dəyişikliklər alimləri təbiətin qorunması üçün seçilən ərazilərin nə dərəcədə düzgün müəyyənləşdirildiyini yenidən qiymətləndirməyə vadar edir. İqlim dəyişikliyi yalnız insanlar üçün deyil, bütövlükdə ekosistemlər üçün ciddi təhlükə yaradır. Alimlər xəbərdarlıq edirlər ki, bəzi heyvan növləri üçün qlobal istiləşmənin nəticələri o qədər ağır ola bilər ki, onlar tamamilə yox olmaq təhlükəsi ilə üzləşə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 27 Oktyabr 2026 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















