Icma.az
close
up
RU
Bəlkə demək istəyir ki, Elçibəy qaçdı, mən qaçmazdım?...

Bəlkə demək istəyir ki, Elçibəy qaçdı, mən qaçmazdım?...

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Kamal Cəfərov,

Milli Məclisin deputatı

Əli Kərimovun bu gün paylaşdığı status təkcə Elçibəyə qarşı deyil, həm də Azərbaycanın müstəqillik tarixinin təhrif olunmasına yönəlib.

Əli Kərimovun 1993-cü ildə Milli Məclisdəki çıxışını paylaşaraq (görünür özünün keçmiş videolarına baxıb həzz alır), Elçibəyin Kələkiyə qaçması və məğlubiyyətə uğraması faktını indi etiraf etməsinin, Elçibəyi hədəf göstərməsinin daha dərin səbəbləri var.

Çünki o gözəl bilir ki, “Surət Hüseynov bəlası”nın, Gəncə qiyamının əsas səbəbkarları Elçibəy, komandası və Müsavat partiyası olub.

Surət Hüseynovu Baş Nazirin müavini, Prezidentin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi və eyni zamanda milli ordunun korpus komandiri vəzifələrinə Elçibəy təyin edib. Ona "Milli Qəhrəman" adını da məhz Elçibəy vermişdi. Ardınca isə onu vətənə xəyanətdə ittiham edən də Elçibəyin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi olmuşdu.

Azərbaycan Xalq Cəbhəsinin İcraiyyə Komitəsinin sədri Fərəc Quliyev 1993-cü ilin fevralında imzaladığı bəyanatda "Milli Qəhrəman" Surət Hüseynovu vətənə xəyanətdə ittiham etmişdi. Ancaq pərdəarxasında Surət Hüseynovla münaqişələrinin əsas səbəbi “yeni Baş nazirin kim olacağı” ilə bağlı yaranmış siyasi qarşıdurma idi.

Kərimovun bu gün ittiham etdiyi dövrdə əli Azərbaycan xalqının qanına batanlar, məhz AXC və Müsavat hakimiyyətində təmsil olunan şəxslər olub. Bu məsələyə qiyməti isə elə hər iki partiyanın çox geniş təmsil olunduğu Milli Məclis vermişdi.

Görünür, Əli Kərimov bununla demək istəyir ki, bu faciələrin səbəbkarı təkcə Elçibəy olub, mənlik deyil. Bəlkə demək istəyir ki, Elçibəy qaçdı, mən qaçmazdım. Ancaq onu da tanıyanlar yaxşı bilir ki, Əli Kərimov kimi araqatan, sözünün üstündə durmayan, öz-özünü inkar edən ikinci birisi yoxdur.

Milli Məclisin 1993-cü il 16 iyul tarixli, 648 nömrəli qərarını yenidən nəzərdən keçirmək kifayət edir. Həmin qərarda açıq şəkildə qeyd olunur ki, Gəncə hadisələri Azərbaycan Respublikası Prezidentinin və onun ətrafındakı şəxslərin səbatsız siyasətinin nəticəsidir.

Qərarın sonunda bildirilir ki, 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş qanlı hadisələr Prezident Əbülfəz Elçibəyin və digər yüksək vəzifəli şəxslərin əvvəlcədən planlaşdırılmış və düşünülmüş siyasətinin nəticəsidir.

Eyni zamanda həmin qərarda 17 yüksək vəzifəli şəxsin adı qardaş qırğınında məsuliyyət daşıyanlar kimi göstərilmişdir. Həmin siyahıda dördüncü şəxs Əli Kərimovdur (onda Kərimli deyildi; “milli” olmaq görüntüsü yaratmaq üçün “-li” şəkilçisini sonradan qəbul edib).

Əli Kərimovun isti yay günündə Elçibəyi bu formada yenidən hədəf göstərməsinin səbəbi elə ən çox günahın özündə olması travması ilə bağlı ola bilər.

İkinci məqamla bağlı qeyd edim ki, o dövrdə AXC rəhbərliyində yeni bir “trend” yaranmışdı: “Vəzifəmi dondururam”. Tarixdə yüksək vəzifəyə seçilmək də var, o vəzifəni yerinə yetirə bilməmək də. Ancaq rəsmi istefa vermədən vəzifədən qaçmaq məhz o illərdə Azərbaycanda “icad edilmiş” davranış idi.

Milli Məclisin 1993-cü il 24 iyun tarixli iclasında isə Azərbaycanın o dövrdə qüvvədə olan hüquqi aktlarına uyğun olaraq, Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi haqqında qərar qəbul edildi. Zaman göstərdi ki, həmin qərarlar həm də dövlətçiliyin qorunmasına və dağılmanın qarşısının alınmasına xidmət etdi.

Burada əsas məqam ondan ibarətdir ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqın qətiyyətli iradəsi ilə baş verdi. Milli Məclis sadəcə xalqın iradəsini rəsmiləşdirdi. Faktiki qalib Azərbaycan xalqı oldu.

Əli Kərimov bu gün “Qarabağ zəfəri elə də böyük uğur deyil” deyə bilər, amma unudur ki, Qarabağın işğalına zəmin yaradan da, Gəncədə qardaş qırğınını doğuran da, ölkəni konstitusion böhrana salan da məhz o, görünür daha çox o, və onun təmsil olunduğu AXC-Müsavat hakimiyyəti olmuşdur.

Əli Kərimovun bu günə qədər davam etdirdiyi fəaliyyətin əsas səbəbi şəxsi kin və siyasi maraq ola bilməz — izah etmək çətindir, ancaq hiss edirsən ki, bu, daha dərindir, daha sistemlidir, daha çirklidir: bu onun Azərbaycan xalqına qarşı içində illərlə qoruyub saxladığı dərin nifrətdir.

O qədər dərin görsənir ki, bəzən düşünürsən, bəlkə bu nifrət genetikdir. Çünki bir insan öz xalqının uğuruna bu qədər qəzəbli, sevincinə bu qədər allergik, zəfərinə bu qədər qıcıq ola bilməz. Elçibəy rəhmətə gedəndə, Azərbaycanda ən çox sevinən şəxs də Əli Kərimov olub.

Elə bil Qarabağın azad olunması onun şəxsi məğlubiyyəti, xalqın güclənməsi onun zəifliyidir.

Sanki xalqın faicəsi ilə nəfəs alır, insanların çətinlikləri ilə qidalanır.

Allah şeytana lənət eləsin.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:269
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Avqust 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri