Bellinqem: “Uzun müddət kədərli idim, indi isə xoşbəxtəm”
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem zədədən sonra meydanlara qayıdışını şərh edib.
İdman.Biz xəbər verir ki, futbolçunun fikirlərini klubun mətbuat xidməti dərc edib.
O bildirib ki, bərpa prosesi yeddi həftə çəkib və bu müddət onun üçün olduqca çətin keçib.
Futbolçu uzun müddət kədərli olduğunu, lakin hazırda komanda ilə məşqlərə qayıtdığı üçün xoşbəxt hiss etdiyini deyib.
Bellinqem həmçinin komandanın son oyunlardakı çıxışını yüksək qiymətləndirərək azarkeşlərin yaratdığı atmosferin böyük rol oynadığını vurğulayıb.
22 yaşlı yarımmüdafiəçi Vinisius Junior və Federiko Valverdenin çətin anlarda komandaya verdiyi töhfəni xüsusi qeyd edib.
Baxış sayı:113
Bu xəbər 24 Mart 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















