Icma.az
close
up
RU
Benk­sinin sirri açıldı: Reuters məşhur rəssamın əsl adını açıqladı

Benk­sinin sirri açıldı: Reuters məşhur rəssamın əsl adını açıqladı

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Uzun illər boyunca məşhur sənətçi Benksinin əsl adı gizli qalıb. İndi isə onun kimliyi böyük ehtimalla üzə çıxarılıb.

Qaynarinfo xəbər verir ki, "Reuters" xəbər agentliyinin araşdırmasına görə, Benksi ləqəbi altında fəaliyyət göstərən şəxs Böyük Britaniyanın Bristol şəhərindən olan rəssam Robin Hanninqem ola bilər. Jurnalistlərin məlumatına görə, Hanninqem Bristolda doğulub və 1990-cı illərdə sənət karyerasına başlayıb.

Agentlik arxiv materiallarını, keçmiş müsahibələri, ictimai sənədləri və rəssamla tanış olan şəxslərin ifadələrini analiz edib. Onların fikrincə, Hanninqem rəssamın təsviri və bioqrafiyasına ən uyğun gələn şəxsdir.

Bildirilib ki, Hanninqem müəyyən vaxtlarda adını dəyişərək David Cones qoyub. Ehtimal olunur ki, bu addım Böyük Britaniya KİV-lərinin onun kimliyini üzə çıxarmaq cəhdlərinə cavab olaraq atılıb.

Qeyd edək ki, Benk­si əsasən binaların, körpülərin və digər şəhər səthlərinin üzərində qraffiti işləri ilə məşhurdur. Onların çoxu siyasi və ya sosial mesaj daşıyır. Uzun illər anonim fəaliyyət göstərən Benksinin əsərləri hərraclarda milyonlarla dollara satılıb. Rəssam anonim qaldığı üçün əsərlərinin qiyməti və bazar hekayəsi daha maraqlı və gizəmli olub.

Rəssam işlərini dünyanın müxtəlif ölkələrində çəkir, həmçinin Ukraynanın Kiyev, İrpin, Borodyanka və Qorenka şəhərlərində qraffiti işləri var. Noyabr 2025-də Lvovda tapılan iş onun üslubunu xatırladır.

Benksi əsasən stensil (şablon) və sprey boyalar ilə işləyir. Bu üsul ona sürətlə işləməyə və anonim qalmağa imkan verir. Benksinin əsərləri tez-tez ictimai və siyasi məsələlərə diqqət çəkir və bunu humor və ironiyadan istifadə edərək edir. Bu, onu sadəcə sənətçi yox, həm də fəal sosial tənqidçi kimi göstərir. Onun işləri müharibə zonalarında və ya sosial gərginlik olan yerlərdə görünəndə, həm sənət həm də xəbər vasitəsi rolunu oynayır.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Mart 2026 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri