Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Qızılın SON qiyməti

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Bənövşəyi rəngi hədiyyə edən

Bənövşəyi rəngi hədiyyə edən

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

HƏCƏR

Fəxri Hüseynovu sosial şəbəkədən tanıyırdım. O, 1979-cu ildə bu böyük dünyanın balaca, yaşıl şəhəri Göygölə yaxın Balçılı kəndində doğulub. Orta məktəbi bu kənddə bitirəndən sonra Gəncə şəhərindəki Nizami Gəncəvi adına Gəncə Dövlət Univeritetinin ingilis dili fakültəsində, sonra isə Aqrar Universitetin iqtisadiyyat fakültəsində ali təhsil alır. Dünyaya gözünü açandan babasından, atasından qədim xalçalçılıq sənətindən, çeşnilərin seçilməsindən, hana dəzgahının quruluşundan bəhs edən söhbətləri dinləyərək böyüyüb. Kiçik yaşlarından ürəyində kök salmış xalça eşqi böyüdükcə artıb. Mahir xalça toxuyan nənəsinin, xalça ticarəti ilə məşğul olan babasının xatirələri onun ürəyində bu sahəyə sevgisini zamanla artırır, gələcək planlarını müəyyənləşdirirdi. Qan yaddaşında dərin izlər buraxan, genetik kod kimi yaranmış bu sənəti davam və inkişaf etdirmək arzusunu, nəhayət ki, reallaşdırmaq imkanı yaranır. Sənətə, peşəyə sevgini hərə bir cür sərgiləyir. O da Mollacəlilli kəndindəki qohum evində xalça muzeyi yaratmaqla xalçaçılığın təbliği işində əlindən gələni əsirgəmədi: hər işə gərək ürəyini, sevgini qoymaqla bərabər, maddi imkanlarını da ortaya qoyasan.

...Göygöldə rəfiqəm yaşayır. Onu yoluxmağa gedəndə Fəxri Hüseynovun xalça muzeyinə də baş çəkməyi qərara aldım. Yığışıb getdik. Çox həyəcanlı idim: görən, hansı xalçaları görəcəyəm, necə bir mənzərə ilə qarşılaşacağam? O, xalça nümunələrini ikimərtəbəli böyük evdə saxlayır. İçəri girəndə tünd naftalin iyi bizi vursa da, gördüklərimin həyəcanı bu iyə qarşı həssaslığıma üstün gəldi. Divarlarda, yerdə, məhəccərlərdə, mizlərin üstündə onlarla, yüzlərlə qədim peşə nümunələri bir-birinin yanına düzülmüşdü. Sərməyə yer olmadığından xalçaların bəzilərini büküb küncə yığmış, bir neçəsini üst-üstə sərmişdi. Hər birini diqqətlə nəzərdən keçirir, naxışlarının hansı bölgəyə aid olduğunu müəyyənləşdirmək istəyirdim. Lap çoxdan Lətif Kərimovun xalçaçılığa aid böyük foto-albomlu "Azərbaycan xalçası" kitabını əldə etmişdim. Qaldı Qarabağda. O kitabdan nələrisə yadıma salmağa, çeşniləri ayırd etməyə çalışıram. Yaddaşımın bir qərinəlik qatlarını vərəqləyirəm. Həyəcanla vurnuxur, hər birinə baxmaq, nəzərdən qaçırmamaq istəyirəm. Fəxri bəy çox sakit bir təvazö ilə bu qiymətli xəzinə haqda məlumat verir, gənc həyat yoldaşı Nurlana xanım dinmədən bizi müşayiət edir.

- Xalçaların hamısını yoldaşımla yumuşuq. Onun çox zəhməti var bu xalçalarda. Bunları gərək ilıq bulaq suyunda, kəskin olmayan yuyucu vasitələrlə yuyasan ki, rəngi getməsin, - deyə çox danışmağı sevməyən Fəxri bəy dillənir.

Hər bir xalça haqda məlumat verdikcə onun baxışlarını izləyirəm: xalçalara valideyn əziz övladına baxan kimi sevgi ilə, nəvazişlə baxır.

- Həcər xanım, bu yaxında türkiyəli bir nəfər bu xalçaya əlli min dollar təklif etdi, Fəxri satmadı, - deyə divardan asılmış nəbati naxışlı, kvadrat şəkilli köhnə bir xalçaya işarə edən Nurlana xanım fəxrlə dillənir.

- O adam, bəlkə də, adını dəyişmiş başqa millət idi. Bizim xalçanı aparıb muzeylərə öz milləti adına on qat bahasına satacaqdı, yəqin, - deyə Fəxri həyat yoldaşının sözünə əlavə edir, - Öz muzeyimizdə qalsın, gələcək nəsillər baxsın, peşəni sevib yaşatsın. Bilirsiniz də, bizim nə qədər bahalı, qədim xalçalarımız Qərb muzeylərini bəzəyir. Çoxu da başqa millətin adından nümayiş olunur. Qarabağ hadisələri zamanı nə qədər xalçamızı talan edib apardılar. Əlli yaşdan yuxarı xalçalarımız antikvar hesab olunur və bunların sərhəddən xaricə keçirilməsinə qadağa qoyulub, buna çox sevinirəm. Kaş hər rayonun özünün xalça muzeyi olaydı, qədrini bilmədikləri, tozlu sandıqlarda yatıb qalan xalçaları hər bölgə öz muzeyində nümayiş etdirəydi. Bahalı və yaşı yüzü keçmiş xalçalarım çoxdur. Milli Azərbaycan xalçalarına daha çox üstünlük verirəm. Qubadan Dərbəndəcən, Təbrizdən Qarabağacan, İrəvandan Naxçıvanacan bütün xalçaçılıq məktəblərinin nümunələri var burda. Həmçinin digər türk ölkələrinin xalçalarını da əldə edə bilmişəm. Hamısını öz şəxsi vəsaitimlə almışam. Haralar qalmır ki, gedəm. Baxın bir, - deyə o, mizlərin üstünə yığılmış, divara vurulmuş kiçik ölçülü, əlvan çeşniləri olan nümunələri, həmçinin maraqlı çeşnisi olan palaz qırıqlarını həvəslə göstərir, - bu xurcunları, duz torbalarını, məfrəşləri, heybə və çantaları da milli sərvət kimi alıb gətirirəm, muzeyimin eksponatına çevirirəm.

Fəxri bəy danışdıqca əriş və arğacı yundan olan xalçalarda həndəsi və nəbati naxışlara baxır, uzun illərdi, görmədiyim çeşnilərin adlarını xatırlamağa çalışıram: aha, bax bu butadır, bu səkkizguşəli ulduzdur, bunlar su yolu, xonça (medalyon), həyat ağacı, gülbuta, saxsıgül, əjdaha, bulud və qoçbuynuzudur. İlan və dəvə, maral, qoyun, miniatür insan çeşnilərinə baxdıqca sanki nağıllar aləminə düşmüşdüm. Həndəsi və nəbati naxışların rəng uyumluğu adamın ürəyini açır. Xüsusən kənarələrin incə naxışları göz oxşayır. Fəxri bəy bir xalçanı göstərərək sınayıcı nəzərlərini mənə dikib sanki imtahan edirmiş kimi:

- Həcər xanım, bu naxışlar haqda nə deyə bilərsiniz? - deyə soruşur.

Baxıram. Diqqətimi cəlb edən fərqli bir şey var: xalçanın yarısından çoxu səliqəli, naxışların xətt və cizgilərinin mütənasibliyi, pozulmazlığı yerində, aşağı başına çatdıqca isə naxışların toxunmasında qarışıqlıq var, düzülüş, mütənasiblik pozulub, sanki toxuyanın başına nəsə yaxşı olmayan bir iş gəlib, fikri dağınıq halda toxuyub. Düşündüklərimi deyirəm, Fəxri bəy razılıqla gülümsəyir.

- Bilirsinizmi, bu sənətin inkişafı üçün dövlət dəstəyini xüsusi qiymətləndirirəm, - deyə Fəxri bəy davam edir, - ölkə Prezidentinə, Mehriban xanım Əliyevaya, Leyla xanım Əliyevaya, Xalça muzeyinin rəhbəri Əminə xanıma təşəkkürümü bildirirəm, çünki xalçaçılıq haqda yeni layihələri var. Heydər Əliyev Fondunun dəstəyi ilə sənət özünün yeni inkişaf pilləsinə qalxıb. Ən böyük arzum olub xalça ornamentlərindən digər məişət əşyalarında, geyimlərdə istifadə və tətbiq olunsun, sənət geniş təbliğ olunsun. İnsanların şüuraltında bu sahəyə maraq güclənsin, möhkəmlənsin. Yun xalçalar yenə məişətimizə ayaq açsın, xalqın tarixi yaddaşını dirçəltsin. Artıq dediyim sahələrin hamısında xalça çeşnilərindən istifadə, tətbiq genişlənməyə başlayıb, bu sahəyə maraq güclənib. Bu yaxında "Ajemi style" firmasının rəhbəri stilist Azər bəy Məmmədovla uğurlu bir layihəmiz oldu. Mən xalça parçalarını verdim, o isə bunlardan başqa detallar əlavə etməklə gözəl paltarlar tikərək Qazaxıstanda moda həftəsində podiuma çıxardı. Möhtəşəm bir iş idi və böyük uğur qazandı.

Xalçaların daha böyük bir salonda, öz şan-şöhrətinə layiq yerdə nümayiş olunmasını istərdim.

Fəxri bəy dedi ki, rayon rəhbərliyi bir neçə dəfə təklif verib, ən əlverişli təklifi gözləyir.

2010-cu ildən YUNESKO-nun "Bəşəriyyətin qeyri-maddi mədəni irs" nümunələri siyahısına aid edilən Azərbaycan xalçaçılıq sənətinin gələcək inkişaf perspektivləri böyükdür. Bu sənətin daha da uğur qazanması xalqın və dövlətimizin buna qayğısından, münasibətindən asılıdır. Artıq bu qayğının bir çox uğurlu layihələrdə, tədbirlərdə şahidi oluruq.

Evin başqa bir salonunda şirniyyatlar, mürəbbə və konfetlərlə dolu çay süfrəsi açan Nurlana xanım bizi stola dəvət edir. Söhbətimiz burada da davam edir. İşində uğurlar, nailiyyətlər arzulayıb ürəyi vətəndaşlıq duyğusu ilə dolu, dövlətinə, vətənə, xalqa sevgisini əməli işi ilə sübut edən Fəxri bəydən, ailəsindən ayrılırıq.

...Bir zamanlar xalçaçılıq sənətinin tənəzzülünü düşünür, əzab çəkirdim. Ucuz sintetik xalçaların dəbdə olması gənc nəslin meylini buna salmasına, yun xalçaların evlərin küncündə qalıb taleyinin tənəzzülünü yaşamasına səbəb oldu. Bu, məni çox kədərləndirirdi. Bir məlumat oxumuşdum: sintfon materialdan mitil və yastıqlar dəbə düşəndən sonra ingilislər bütün yun mitilləri bu materialla əvəz edib. Bir müddət sonra həyəcan təbili çalınıb: oynaq-əzələ xəstəlikləri, revmatizm ölkədə bir neçə dəfə artıb. Ağıllı millət araşdırıb, səbəbi aradan qaldırmaq üçün məsləhət verib: bütün sintfon mitilləri dərhal yunla əvəz edin. Bax belə. Balacalıqdan müşahidə etmişdim, nənəm bir yeri ağrıyanda qara yun bağlayardı. Anam otaqların hamısında döşəməyə başdan-başa altdan qara keçə, üstdən yun xalı, gəbə döşəyərdi.

"Sprut" filmindən bir fraqment yaddaşımın alt qatlarından boylanır: "...Balaca idim. Xalça üstündə əyləşər, söhbət edərdik. Mən xalçaları bəzəyən naxışlara baxar, sığallayar, rənglərini sevərdim. Hər rəngi bir duyğu ilə  əlaqələndirirdim: ağ - sakitlik, qırmızı - gülüş, sevinc, sarı - həyəcan, bənövşəyi - sevgi. Sizə bənövşəyi rəngi hədiyyə etmək istərdim". 

...Bəzən deyirlər, yun xalça allergiya törədir. Kimdə ki bu problem yoxdur, evinizi yun xalça ilə döşəyin, balalarınız min illər əvvəldə olduğu kimi yun xalça üstdə ayaq açsın, addımları möhkəm, canı sağlam olsun. Fəxri bəyin işinə münasibətində olduğu kimi hər birinizə bənövşəyi rəngi hədiyyə edirəm.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://525.az
archiveBu xəbər 24 İyul 2026 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see427

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see249

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see228

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see227

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see220

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see219

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see216

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see207

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see199

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see198

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see197

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see194

Qızılın SON qiyməti

15 Sentyabr 2026 09:23see193

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see193

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see191

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see185

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see183

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see175

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see170

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri