“Bənövşəyi ürəyiniz”də kimlər var? Fotolar
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Vatsap status paylaşımlarının məxfiliyini fərdiləşdirməyə imkan verən yeni funksiyanı təqdim edir.
“Qafqazinfo” xəbər verir ki, yenilik istifadəçilərə statuslarını yalnız seçdikləri şəxslərlə paylaşmaq imkanı verəcək.
Yeni funksiyanın əsas xüsusiyyəti “Yaxın dostlar” siyahısının yaradılmasıdır. İstifadəçilər bu siyahıya daxil etmək istədikləri şəxsləri özləri seçə biləcəklər. Beləliklə, paylaşılmış status bütün kontaktlar əvəzinə yalnız müəyyən edilmiş auditoriyaya görünəcək.
Funksiyanın diqqətçəkən tərəflərindən biri isə bənövşəyi halqa və ürək işarəsidir. Bu vizual göstəricilər məhdud auditoriya üçün paylaşılmış statusları fərqləndirmək məqsədi daşıyır.
İstifadəçilərin siyahını fərqli adlandırması və ona uyğun emoji seçməsi də nəzərdə tutulan imkanlar arasındadır.
Qeyd edək ki, yeni funksiya mərhələli şəkildə sınaqdan keçirilir. Onun bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı ilə bağlı dəqiq tarix açıqlanmayıb.



Baxış sayı:99
Bu xəbər 18 Noyabr 2026 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















