Benzema: “Mbappe Çempionlar Liqasını təkbaşına qazana bilməz ona Vinisius, Rodriqo və Bellingem lazımdır”
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Real Madrid”in keçmiş və “Əl-İttihad”ın hazırkı oyunçusu Kərim Benzema Kilian Mbappenin Madrid klubundakı çıxışını şərh edərək Çempionlar Liqasını qazanmağın təkcə ondan asılı olmadığını vurğulayıb.
İdman.Biz bildirir ki, Benzemanın sözlərinə görə, Mbappe daha yetkin oyun nümayiş etdirir, lakin “Real Madrid” ondan əsas anlarda – “Atletiko Madrid”, “Liverpul” və digər top klublarla oyunlarda, məkanın dar olduğu və hər şansın dəyərli olduğu oyunlarda qol vurmasını gözləyir.
O qeyd edib ki, hücumçu Vinisiusla daha yaxşı əlaqə qurmalı və rəqibin dərin müdafiə olunduğu vəziyyətlər üzərində işləməlidir.
Benzema Mbappenin təkbaşına Çempionlar Liqasını qazana bilməyəcəyini vurğulayıb: “Ona Vinisius, Rodriqo və Bellingem lazımdır. Biri qol vurmalı, digəri isə yaratmalıdır. Onlar bir-biri ilə danışmalıdırlar”.
Kərimin sözlərinə görə, Kilian lider olmaq üçün lazım olan hər şeyə malikdir, lakin o, “Real Madrid”in ona ən çox ehtiyac duyduğu anda öz dəyərini göstərməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 18 Noyabr 2025 00:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















