Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Icma.az, Qol.az saytına istinadən bildirir.
"Əl-Hilal" Afrika Konfederasiyalar Kuboku çərçivəsində Mərakeşin "RS Berkan" klubu ilə keçirilən ilk oyundakı (1:1) hakim idarəçiliyindən şikayət edib.
QOL.az xəbər verir ki, Sudan təmsilçisi qarşılaşmanın baş hakimi cənubi afrikalı Abongile Tomun idarəçiliyi ilə bağlı Afrika Futbol Konfederasiyasına (CAF) rəsmi müraciət ünvanlayıb.
Klubun CAF-a göndərdiyi ətraflı məktubda dörd şübhəli sarı vərəqə, müdafiəçi Ebuelaya göstərilən mübahisəli qırmızı vərəqə və oyunun sonlarında rəqib komandanın lehinə təyin edilən penalti epizodları xüsusi qeyd olunub. "Əl-Hilal" rəhbərliyi şikayət məktubuna sözügedən qərarların video görüntülərini də əlavə edib.
Qeyd edək ki, hazırda "Əl-Hilal" klubu dörddəbir final mərhələsinin cavab matçı çərçivəsində "RS Berkan"ı qəbul etməyə hazırlaşır.
Baxış sayı:143
Bu xəbər 17 Mart 2026 22:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















