Icma.az
close
up
RU
Bənzərsiz gülüş ustası Bəşir Səfəroğlunun vəfatından 56 il ötür

Bənzərsiz gülüş ustası Bəşir Səfəroğlunun vəfatından 56 il ötür

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Xalq artisti Bəşir Səfəroğlunun anım günüdür. Onun vəfatından 56 il ötür. 

Səfərov Bəşir Səfər oğlu 1925-ci il martın 11-də Bakıda doğulub. O, hələ uşaq yaşlarından əzablı ömür yaşamağa məhkum olub. Yeddinci sinifi bitirdikdən sonra ailə vəziyyəti ilə əlaqədar məktəbdən ayrılıb. On dörd yaşında olarkən sürücülər klubunun dram dərnəyində birpərdəli tamaşalarda epizodik rollar canlandırıb.

1941-ci ilin sonunda müharibəyə yollanan Bəşir 1942-ci ildə ağır döyüşlərin birində kontuziya alaraq ordudan tərxis edilib. Bu zaman onun dili tutulmuş, qulaqları isə ağır eşitməyə başlayıb. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib.

Rejissor Niyaz Şərifov ona müntəzəm olaraq teatr tamaşalarına gəlməyi məsləhət görür. O, tamaşalara baxmağa başlayır. Bir müddət sonra isə gənc Bəşiri truppaya aktyor qəbul edirlər. Yaradıcılıq ehtirası ilə çırpınan Bəşir Səfəroğlu həyəcanlanır, daxili iztirablar keçirir.

Həyatının bu gərgin çağlarında o, yuxuda bərk həyəcanlanır və bu an möcüzə baş verir. Bəşir Səfəroğlunun dili açılır.

Bu andan etibarən onun zəngin aktyorluq tarixçəsi başlayır. Əvvəl Üzeyir Hacıbəylinin və Zülfüqar Hacıbəyovun klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış edir.

Aktyorun yaradıcılığında Möhsün ("Beş manatlıq gəlin"), Qaradavoy və Çiko ("Keto və Kote"), Qoçu Əsgər və Məşədi İbad ("Məşədi İbad"), Uzun və Nəcəf ("Durna"), Qədir və Gülümsərov ("Ulduz"), Əli Dinməzov ("Bir dəqiqə"), Hacı Kərim ("Hacı Kərimin Aya səyahəti"), Qoçu ("Keçmişin məişət səhnələri"), Nadir və Azay ("Qızılgül"), Murtuzov, Dayandur, polis rəisi ("Özümüz bilərik", "Olmadı elə, oldu belə" və "Milyonçunun dilənçi oğlu"), Firuzbala ("Altı qızın biri Pəri"), Səbrəli ("Bizə bircə xal lazımdır"), Əsgər Nəcəfoviç ("Ləpələr") kimi rollar xüsusi yer tutur.

O, kino aktyoru kimi də yaddaqalan obrazlar yaradıb. "Azərbaycanfilm"in istehsal etdiyi "Əhməd haradadır?" və "Ulduz" filmlərində Sərxoş və Gülümsərov, "Tacikfilm"in çəkdiyi "Xoca Nəsrəddinin 12 qəbri" kinolentində Xacə Nəsrəddin rolları görkəmli aktyora ümumxalq məhəbbəti qazandırıb.

Yaşlı nəslin nümayəndələri ötən əsrin altmışıncı illərinin ortalarında Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında yaradılan "Gəlməli, görməli, gülməli" miniatür teatrının fəaliyyətini yaxşı xatırlayırlar. O zamanlar tamaşaçıların böyük rəğbətini qazanmış bu kollektivdə Bəşir Səfəroğlu bu gün də aktuallığını qoruyub saxlayan onlarla satirik obraz yaradıb.

Unudulmaz gülüş ustasının parlaq yaradıcılığı layiqincə qiymətləndirilmişdir. Bəşir Səfəroğlu Azərbaycan Respublikasının Xalq artistidir. Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyniadlı bədii-sənədli televiziya filmi çəkmişdir. Bakının mərkəzi küçələrindən biri onun adını daşıyır.

Bəşir Səfəroğlu 1969-cu il martın 23-də vəfat edib. O, Fəxri xiyabanda torpağa tapşırılıb. Xalq artisti hələ də yaratdığı obrazlarla hər bir azərbaycanlının qəlbində yaşayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://baku.ws
archiveBu xəbər 23 Mart 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri