Benzin qiymətlərinin aşağı düşəcəyini vəd etdi
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranla münaqişə başa çatdıqdan sonra ABŞ-də benzin qiymətləri düşəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Biz İranla müharibədə qalib gələndən sonra həm neftin, həm də qalan hər şeyin qiymətləri kəskin şəkildə düşəcək. Benzinin hər qallonunun qiyməti üç dollara, son nəticədə isə iki dollardan aşağı düşəcək”, - paylaşımda deyilir.
Qeyd edək ki, ABŞ-İran münaqişəsi səbəbindən Hörmüz boğazının bağlanması dünyanın əksər ölkələrində, o cümlədən ABŞ-də yanacaq qiymətlərinin artması ilə nəticələnib. Amerika Avtomobil Assosiasiyasının məlumatlarına görə, hazırda ABŞ-də benzinin hər qallonunun (təxminən 3,8 litr) orta qiyməti təqribən 4,1 dollar təşkil edir. Tramp daha əvvəl ölkədəki benzin satıcılarından qiymətləri dərhal aşağı salmağı tələb etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 08 Sentyabr 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















