Berbok Bakıya gəldi və ərindən ayrıldı
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Almaniya xarici işlər naziri Annalena Berbok və əri Daniel Holeflyaş 17 illik evliliklərinə son qoyublar.
Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
“Berlində onların ayrılması ilə bağlı çoxdandır ki, söz-söhbətlər gəzirdi. Artıq XİN rəhbəri Annalena Berbok və əri Daniel Holeflyaş təsdiqləyir. 17 illik sevgilərindən sonra onların evlilikləri bitdi”, - deyə bildirilib.
Cütlük yeni münasibətə girmədiklərini və 9 və 13 yaşlı iki qızlarının xatirinə Potsdamda birlikdə yaşamağa davam etdiklərini qeyd ediblər.
Nəşr onu da qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Bakıda keçirilən Tərəflər Konfransının 29-cu sessiyasında iştirak edən Berbokun barmağında nikah üzüyü olmayıb.
Baxış sayı:136
Bu xəbər 22 Noyabr 2024 23:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















