Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi ilə bağlı səsləndirilən iddialarla bağlı araşdırma aparıldı, nəticə açıqlandı RƏSMİ
Icma.az, Pravda.az saytına istinadən bildirir.
13 saylı Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi ilə bağlı səsləndirilən iddialar üzrə Nazirliyin müvafiq qurumlarının əməkdaşları tərəfindən aparılan araşdırma yekunlaşıb və iddiaların həqiqətə uyğun olmadığı müəyyən edilib.
Bu barədə Pravda az-ın sorğusuna cavab olaraq Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib.
Onun sözlərinə görə, araşdırma zamanı müəyyən edilib ki, nəqliyyat vasitələrinin hərəkətində kənaraçıxma hallarına yol verilməyib, texnikalar naryad və yol vərəqələri əsasında meşəbərpa tədbirləri çərçivəsində xidməti məqsədlə istifadə olunub.
Qeyd: Bir neçə gün əvvəl “Pravda.az”a daxil olan şikayət məktubunda bildirilmişdi ki, 2024-cü ilin noyabr ayından 13 saylı Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinə təyin olunan Məzahir Qasımov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək meşə təsərrüfatını şəxsi əmlakı kimi idarə edir. İddia edilirdi ki, RMTM-nin daxili xərclərinin (gələn qonaqların qarşılanması, təsərrüfat malları üçün) ödənilməsi üçün meşəbəyliklərdən pullar yığılır.
“M.Qasımov 8 saylı Bərdə Regional Nəqliyyat İdarəsindəki nəqliyyat vasitələrini və traktorları öz şəxsi torpaq sahələrində istifadə edir. Nəqliyyat idarəsinin meşələrin suvarılmasında istifadə olunan sudartıcı nasosaları Məzahir Qasımovun şəxsi qadağalı sahələrinda istismar olunur. İddialarda xüsusilə vurğulanır ki, M.Qasımov texnikalardan daha rahat istifadə etmək üçün özünə yaxın şəxsi müvafiq idarəyə rəis təyin etdirməyə çalışır. Artıq Nazirliyə təqdimat verildiyi qeyd olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələnin araşdırılmasında maraqlı olarsa, traktorlardakı GPS sisteminə baxış keçirərlər”, - məlumatda qeyd olunurdu.


