Yüngül elektrik stimulyasiyası riyazi qabiliyyəti artıra bilər ARAŞDIRMA
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 3 iyul, AZƏRTAC
“PLOS Biology” jurnalında dərc edilən yeni tədqiqatın nəticələrinə görə, yüngül beyin stimulyasiyası texnikası riyaziyyat performansını əhəmiyyətli dərəcədə artıra bilər. Tədqiqat, həmçinin öyrənmə prosesinin neyrobioloji əsaslarını daha dərindən anlamaq və təhsil bərabərsizliyini azaltmaq baxımından əhəmiyyətli perspektivlər təqdim edir.
AZƏRTAC xəbər verir ki, araşdırmaya Böyük Britaniyanın Surrey Universitetindən nevroloq professor Roi Kohen Kadoş rəhbərlik edib. O və tədqiqat qrupu, Oksford Universitetinin 72 tələbəsinin beyinlərini funksional əlaqə baxımından təhlil edib. Skanlar göstərib ki, dorsolateral prefrontal korteks (icra funksiyalarını idarə edir) ilə posterior parietal korteks (yaddaşla əlaqəlidir) arasındakı güclü neyron əlaqələr riyaziyyat qabiliyyəti ilə birbaşa bağlıdır.
Tədqiqatda transkranial təsadüfi səs-küy stimulyasiyası (TRNS) texnikasından istifadə olunub. Elektrodlarla təchiz olunmuş xüsusi qapaqlar vasitəsilə həyata keçirilən bu ağrısız stimullaşdırma üsulu nəticəsində aşağı performans göstərən iştirakçılarda nəticələr 25-29 faiz arasında yaxşılaşıb. Alimlər bu prosesin neyronların həyəcanlılığını artırmaqla əldə edildiyini bildirirlər. Bu isə zəif neyron əlaqələrini kompensasiya edərək beyin funksiyasını müvəqqəti gücləndirə bilir.
Qeyd olunub ki, stimullaşdırma yalnız zəif performans göstərənlər üçün təsirli olub. Artıq yüksək nəticə göstərmiş iştirakçılar bu üsuldan əlavə fayda əldə etməyiblər. Kadoş bu nəticələrin koqnitiv fərqlilikləri başa düşmək və fərdi yanaşmalarla təhsili dəstəkləmək baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 03 İyul 2025 06:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















