Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

BƏRDƏ: Vətən Müharibəsinin 8, 31 və 32 ci günləri

BƏRDƏ: Vətən Müharibəsinin 8, 31 və 32 ci günləri

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

2020-ci ilin 44 günlük Vətən Müharibəsindən bizləri beş illik zaman kəsiyi ayırır. Lakin hər il olduğu kimi, bu il də müharibənin başlandığı gündən sona çatdığı günədək hərgünkü xronikanı yenidən yaşayır, həmin günlərə qayıdır, hadisələrin fonunda 30 il sonra torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxdığımızı, böyük bir yol keçərək Böyük Zəfərə imza atdığımızı, ərazi bütövlüyümüzü bərpa etdiyimizi məmnuniyyət hissi ilə xatırlayırıq.

44 gün... Tariximizin şanlı səhifələrinə qırmızı xətlə yazılan həmin günlər bizi Böyük Qələbəyə aparan günlər idi. Müharibənin ilk günündən-27 sentyabrdan böyük itkilər versək də, övladlarımızı itirsək də, onlar şəhidlik zirvəsinə yüksələrək oradan bizə qələbənin yaxında olacağını diktə edirdilər. Bəli, Böyük Zəfərə hər gün bir addım yaxınlaşırdıq... Bunu görən düşmən isə əsl xislətini göstərməyə çalışırdı. Artıq bizim Suqovuşan, Zəngilan, Füzuli, Qubadlı, Xudafərin kimi qələbələrimiz nankor erməninin hirsinə səbəb olmuşdu. Bu səbəbdən də o, həm diqqəti yayındırmaq, həm də acığını çıxmaq üçün müharibə meydanından çox uzaqlara əl atır, dinc əhalini hədəfə almaqla, əsl xislətini ortaya qoyurdu. Beləliklə, 44 günün 2-si Bərdənin taleyinə yazıldı...

Bərdə: üç gün mərmi yağışı...

Bərdə müharibənin 8, 31 və 32-ci günləri ağır günlərini yaşadı. Bu qədim və gözəl diyarın dinc sakinləri mərmi yağışına məruz qaldılar. Şəhərləri düşmən raketinə tuş gəldi. Günahsız insanlar həyatlarını itirdi, ağır yaralandılar. Bərdəlilər bunu gözləmirdi desək, yanılmış olarıq. Çünki müharibənin geridə qalan 30 günündə ermənilər müharibə meydanından kənarda olan Tərtəri bombalamışdı, Gəncəyə paket atmışdı. Bu bölgələrimizdə də saysız sayda insanın həyatını itirməsinə və yaralanmasına, bu yerlərin çoxsaylı dağıntılara məruz qalmasına səbəb olmuşdular. Bütün bunları isə 44 günün hər anını, dəqiqəsini dördgözlə izləyən dünya görürdü, lakin səsini çıxaranlar səsi batanlardan dəfələrlə az idi. 20 Yanvar, Xocalı faciələri kimi, tanış susqunluq və durğunluq yenidən gündəmdə idi. Heç kim ermənini yerində oturtmağa çalışmırdı və demirdi ki, sən müharibə bölgəsindən nə üçün uzaqlaşırsan, nə üçün dinc əhaliyə qarşı azğınlıq nümayiş etdirirsən? Axı Azərbaycan onların etdiyi hərəkətə bənzər bircə hərəkət belə etməmişdi və etməyəcəkdi. Çünki bizim dövlətimizin başçısı, Ali Baş Komandanımız həmişə xalqa müraciətlərində, xarici mətbuata müsahibələrində bildirirdi ki, biz öz ərazimizdə, öz torpaqlarımız üçün döyüşürük.

Bəli, 27 sentyabr 2020-ci il tarixdən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirirdi. Oktyabrın 27 və 28-də isə iki gün ard-arda onlar Bərdəni hədəfə almışdı. Oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə paket hücumu nəticəsində 5 nəfər dünyasını dəyişdi. Oktyabrın 28-də isə Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş, 8-i uşaq, 15-i qadın olmaqla, 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evinə və 22 nəqliyyat vasitəsinə külli miqdarda ziyan dəymişdir.

Gəncəlilər kimi, bərdəlilər də...

Düşmənin Bərdəni iki gün hədəf alması müharibə bölgəsində olan əsgərlərimizin diqqətini heç də ayıra bilmədi. Əksinə onların hər dəfə bu cür hərəkətləri ordumuzun əsgərinə yeni bir qisas hissi bəxş edir, bu hadisələrin cavabının bir-bir düşməndən alınmasına stimul yaradırdı. Beləliklə, oktyabrın 27 və 28-də baş verən Bərdə hadisələri düşmənin nankorluğunu, acgözlüyünü, yoxsul xislətini ortaya qoyurdusa, azərbaycanlıların bu kimi hadisələrə böyük səbirlə, dəyanətlə yanaşdığını bəyan edirdi. Bütün dünya kənardan müharibənin hər iki tərəfini izləməklə onların qiymətini verir, eyni zamanda gücünü də görürdü.

Bərdə hadisələrindən əvvəl baş verən Gəncə hadisələri necə ki, gəncəlilərin bir addım da olsa geri çəkilməsinə, onlarda mənəvi cəhətdən sınmaya təsir edə bilmədi, bərdəlilər də eynilə... Onlar da gəncəlilər kimi mərd, məğrur dayandılar. Müharibə gedən ölkədə bu kimi hadisələrin baş verməsinin ola biləcəyini, bunu gözlədiklərini bildirdilər. Əzizlərinin heç bir günahı olmadan həyatlarını itirmələri onlar üçün acı olsa da, torpaqlarımızın azadlığının şirinliyini yaşamaq üçün bütün bunlara sinə gərməyi bacardılar. Dağıdılan ərazilərin dövlətimiz tərəfindən bərpa olunacağını əvvəlki illərdəki hadisələr zamanı görən insanlar bu dəfə də dövlətimizin gücünü hiss edərək ona güvəndilər. Güvənməkdə də yanılmadılar. Hələ müharibənin bitməsinə günlərin qalmasına baxmayaraq dağıdılan ərazilərimizdə bərpa işləri başlanmışdı.

Xalq Zəfərə doğru yolçuluğa çıxmışdı. İnsanlar müzəffər Ali Baş Komandanın əmrini gözləyirdi. Uşaqlı-böyüklü, cavanlı-qacalı hər kəs döyüş meydanına yollanmağa, döyüşməyə, torpaqlarımızın azad olunmasına cəhd göstərirdi. Onları nə evlərinin, həyət-bacalarının, şəhər, kəndlərinin raketlə vurulması, nə də açılan sabahın sonunda gecələyəcəkləri evin olmaması qorxudurdu. Çünki bu xalqın səbri artıq kasasını aşmışdı. Erməni faşizminə son qoyulmalı, torpaqlarımız anası Azərbaycana qaytarılmalı idi. Bu xalqın əsrlərdən gələn mentaliteti-torpağın namus, şərəf məsələsi olmaq kimi dəyəri bərpa olunmalı idi. Bunun üçün bütün əzab-əziyyətə sinə gərməyi hər kəs qarşısına məqsəd qoymuşdu. Məqsədə çatmağa isə sayılı günlər qalırdı...

Zəfərimiz bütün dərdlərimizin dərmanı oldu

Bərdə hadisələrindən sonra artıq Böyük Zəfərə əlimizi uzatmaqla çata bilərdik. Hər gün cəbhədən gələn qələbə xəbərləri Gəncədə, Bərdədə, Tərtərdə dağıdılan əraziləri gözlərimiz önündə qururdu, yaradırdı, əvvəlki vəziyyətinə gətirib çıxarırdı. Bu bir-birindən şad xəbərlər bölgələrimizdə dağıdılan evləri bərpa edirdi, pəncərələrindən işıq süzülürdü ətrafa. Onlar boş, viranə deyildilər. Sakinləri içəridə idi. Deyir-gülür, televizor qarşısında cəbhədən xəbərləri dinləyirdilər.

Heç bir qüvvə, heç bir hadisə Qarabağ uğrunda gedən müharibəyə, bu müharibənin qələbəsini anbaan gözləyən insanların əhval-ruhiyyəsinə mənfi təsir göstərə bilməzdi. İnsanlar Qarabağa qayıtmağa, həmin torpaqlarda əzizlərinin qəbirlərini ziyarət etməyə, bağlı qapıları açmağa, cığırları, yolları itmiş evlərinə öz duyğuları, hissləri ilə cığır, yol açmağa tələsirdilər.

30 il öncə bu torpaqlardan zorla qovulmuş didərgin insanlar öz yurdlarına qayıdacaqlarını xəyal edirdilər. Didərginlikdə “torpaq-torpaq” deyib dünyasını dəyişən insanların ruhlarının şad olacağını düşünürdülər. 30 illik yükün bütün xalqın üzərindən götürüləcəyini, “işğal” kimi ağır sözün acısının bal kimi “azadlıq” sözü ilə əvəzləşəcəyini fikirləşirdilər. Ən əsası isə namus, şərəf məsələmizin həll olunacağını düşünürdülər.

Bütün bu istək və arzuların reallığa qovuşmasına isə sayılı günlər qalırdı. Düşmən hər gün hərbi texnikasını, canlı qüvvəsini itirməklə torpaqlarımızdan geri çəkilir, torpaqlarımız milli ordumuzun nəzarətinə keçirdi. Deməli, qələbəni bizə yaxınlaşdırırdı. Və nəhayət, gözlədiyimiz həmin günü görmək bizlərə nəsib oldu. Noyabrın 10-da bu şad xəbəri 44 gündə bütün qələbə xəbərləri kimi yenə də dövlətimizin başçısından aldıq. Zəfər xəbərini aldıq. Cəmi 44 gün çəkən müharibə bitdi. Düşmən qarşımızda ağ bayraqla təslim olduğunu bildirdi.

Qarabağ 30 ildən sonra azad oldu. Ərazi bütövlüyümüz bərpa olundu. Bütün bunlar üçün illərdən bəri böyük işlər həyata keçirən, bir gün torpaqlarımızın azad olunacağını bütün çıxışlarında, xalqa müraciətlərində bəyan edən və verdiyi sözü bizlər üçün reallığa çevirən dövlətimizin başçısına minnətdarıq. Ata vəsiyyətini gerçəkləşdiriən, Azərbaycanın ərazi bütövlüyünü təmin edən Ali Baş Komandanımıza minnətdarıq.

Canı, qanı, həyatı bahasına bu qələbəni bizə yaşadan yüzlərlə şəhidimizə, qazimizə minnətdarıq. Onlar Qarabağı bizə yenidən bəxş edənlərdir. Lakin özləri Qarabağdan doymamış bu dünyadan köçməli oldular.

Zəfər tariximiz qürur tariximizdir. Hər il bax, beləcə, vərəqləyəcəyimiz, təhlil edəcəyimiz, anıb xatırlayacağımız, gələcək nəsillərə ərməğan edəcəyimiz bir tarixdir. Allah bütün şəhidlərimizə rəhmət etsin. Nə yaxşı ki, var idilər. Nə yaxşı ki, analarımız belə oğullar doğmuşlar. Atalarımız belə övladlar tərbiyə etmişlər. Onlar bu xalqın milli sərvətidir. Namusu, şərəfidir...

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Oktyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri