Bərdədə gəncin qətlinin təfərrüatı: Şübhəli hadisədən sonra polisə təslim olub
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bərdə rayonunun Mollaəhmədli kəndində 26 yaşlı Elnur Rüstəmovun öldürülməsini təfərrüatı bilinib.
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, E.Rüstəmovun qətlində tanışı, 30 yaşlı Cavad Hüseynov şübhəli bilinir.
Mərhumun qohumunun sözlərinə görə, tərəflər Elnur Rüstəmovun dayısı oğlunun yığıncağında yeyib-içərkən aralarında mübahisə yaranıb. Daha sonra mübahisə Cavad Hüseynovun evinin qarşısında davam edib. Nəticədə o, Elnuru ürək nahiyəsindən bıçaqlayıb.
Mərhumun yaxınlarının sözlərinə görə, qarşı tərəf hadisədən sonra özü gedib polisə təslim olub:
"Tərəflər yaxın qohum olublar. Səhər eşitdik ki, belə bir hadisə baş verib. Elnur ailədə iki oğuldan böyüyü idi. Çox mehriban, hamı ilə ünsiyyətcil uşaq idi. Məsələnin bu həddə gəlib çatması üçün bir səbəb olmayıb".
Hadisəni törətməkdə şübhəli bilinən Cavad Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 01 Oktyabr 2026 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















