Dini ibadət yerlərində iməcilik aksiyası keçirilib
Icma.az bildirir, Sia Az portalına istinadən.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə noyabrın 5-də ölkə ərazisində fəaliyyət göstərən dini ibadət yerlərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş iməcilik, abadlıq, yaşıllaşdırma və ağacəkmə aksiyası keçirilib.
SİA xəbər verir ki, vətən müharibəsində qazanılmış tarixi Zəfərin rəmzi məna və əhəmiyyətinin təbliği, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi məqsədilə keçirilən aksiya 12 regionu əhatə etməklə 647 məscid, 9 kilsə və 1 sinaqoqda təşkil olunub. İməclikdə din xadimləri, müxtəlif dini konfessiyaların nümayəndələri, gənclər və könüllülər iştirak edib.
Qeyd edək ki, 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli birliyinin, həmrəyliyinin, iradəsinin və qəhrəmanlığının təcəssümüdür. Bu əlamətdar gün münasibətilə keçirilən aksiya tarixi Zəfərin mənəvi dəyərlərinin yaşadılması, eləcə də dini və ictimai həmrəyliyin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 06 Noyabr 2026 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















