Icma.az
close
up
RU
Naxçıvanda müsabiqə qalibləri mükafatlandırılıb

Naxçıvanda müsabiqə qalibləri mükafatlandırılıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Naxçıvan, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Dəmir yumruğun nağılı” yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yazı müsabiqəsinin məqsədi “Dəmir yumruq” rəmzinin ifadə etdiyi milli birlik, həmrəylik, dövlətçilik və qələbə ruhunun uşaqlara bədii əsərlər vasitəsilə aşılanmasıdır. Eyni zamanda, müsabiqədə yer tutan əsərlərin gələcəkdə dərsliklərə daxil edilməsi, məktəblərdə tədris və təbliğ olunmasıdır. Müsabiqəyə 18 əsər təqdim olunub ki, onların da müəlliflərindən 16-sı muxtar respublika, 1-i Gəncə şəhər, 1-i isə Bərdə rayon sakinidir. Təqdim olunan əsərlər 5 nəfərdən ibarət Münsiflər Heyəti tərəfindən qiymətləndirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Fazil Məmmədov bildirib ki, Azərbaycan xalqının milli iradəsinin, dövlətimizin siyasi qətiyyətinin və ordumuzun qüdrətinin təcəssümü olan Zəfər təxminən iki əsrlik münaqişəyə həlledici nöqtə qoyub, 30 ilə yaxın davam edən işğala son qoyaraq tarixi ədaləti bərpa edib.

Qeyd olunub ki, “Dəmir yumruq” yalnız hərbi əməliyyatın adı deyil, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşən xalqımızın sarsılmaz iradəsinin, milli birliyinin və ordumuzun rəşadətinin rəmzidir. Gələcəkdə müsabiqənin ölkə səviyyəsində keçirilməsi və qalib əsərin orta məktəb dərsliklərinə daxil edilməsi təşəbbüsü ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət olunacaq.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar çıxış edərək Vətən müharibəsində qazandığımız Zəfərin ədəbiyyata təsirindən, bu mövzunun bədii yaradıcılıqda əks olunmasının əhəmiyyətindən danışıb. O, müsabiqənin şəffaf və müəyyən edilmiş qaydalar əsasında keçirildiyini bildirib. Qeyd olunub ki, naxçıvanlı yazıçıların Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan 60-dan çox kitabı nəşr edilib.

Sonra müsabiqənin mükafatlandırma mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış münsiflər heyətinin yekun qərarına əsasən, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvü Abbasov Alməmməd Eldar oğlu I, Naxçıvan Televiziyasının və “Məktəbli” qəzetinin baş redaktoru Əhmədov Fariz Məhəmməd oğlu II, Naxçıvan Dövlət Universitetinin tələbəsi Əhmədova Hicranə Əflatun qızı isə III yerlərə layiq görülüb.

Qaliblərə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin diplomu və pul mükafatı təqdim edilib.

Müsabiqə iştirakçıları təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Müxbir- Nail Əsgərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri