Bərdədəki “RehaPoint” məntəqəsində əlilliyi olan 1450dək şəxsə reabilitasiya xidmətləri göstərilib AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 7 dekabr, AZƏRTAC
Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” - Reabilitasiya Məntəqəsində ötən dövrdə əlilliyi olan 1450-dək şəxs reabilitasiya xidmətləri ilə təmin edilib.
Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd edilib ki, ötən il dekabrın 1-dən fəaliyyətə başlayan məntəqədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyi olan bölgə sakinlərinə ambulator reabilitasiya xidmətləri göstərilir. Həmin şəxslər burada ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətlərindən yararlanır.
Məntəqədə əlilliyi olan şəxslərə 800-dən çox reabilitasiya vasitəsi də verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 07 Dekabr 2024 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















