Icma.az
close
up
RU
Berdıyevin qovulması “Turan Tovuz”u coşdurdu

Berdıyevin qovulması “Turan Tovuz”u coşdurdu

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Turan Tovuz - Sabah (Bakı) 2:1 (0:1)
41. Sergey Samok - 5,5 
17. Rəhim Sadıxov - 5,5 
(10. Xəyal Nəcəfov, 77) - qiymətsiz
88. Faiq Hacıyev - 5,5 
11. Ayxan Hüseynov -  6,0
(19. Orxan Əliyev, 77) - qiymətsiz
7. İsmayıl Zülfüqarlı - 5,5
(8. Tural Bayramlı, 90+4) - qiymətsiz
9. Kristian da Silva - 5,5
23. Alexandro Serrano - 5,5
15. Emmanuel Hakman (k) - 5,0
32. Hayderson Urtado - 5,5
40. Kauan Martins - 5,0
(90. Joarlem Santos, 46) - 5,5
21. Aleks Souza - 5,0
(6. Araş Qaderi, 83) - qiymətsiz
Ehtiyat oyunçular:
1. İvan Konovalov
71. Mehman Hacıyev
39. Sadiq Quliyev
33. Eltun Turabov
13. Fərid Yusifli
29. Anton Kraçkovski
Baş məşqçi: Kurban Berdiyev
Komandanın ən yaxşısı: Ayxan Hüseynov
92. Stas Pokatilov - 5,5
17. Tellur Mütəllimov - 5,0
9. Anatoli Nuriyev - 6,0
(99. Neqoş Kupusoviç, 67) - 5,5
5. Rəhman Daşdəmirov -  5,5
15. Seymur Məmmədov - 5,0
(6. Abdulax Xaybulayev, 77) - qiymətsiz
7. Boyan Letiç - 5,5
(11. Kahim Parris, 80) - qiymətsiz
4. Sofian Çakla - 5,0
18. Pavol Safranko (k) - 5,0
70. Cesse Sekidika - 5,5
(88. Xəyal Əliyev, 67) - 5,0
3. Con İrasabal - 5,0
33. Umarali Raxmonaliyev - 5,5
Ehtiyat oyunçular
1. Yusif İmanov
55. Nicat Mehbalıyev
8. Ayaz Quliyev
30. Mircamal Əlizadə
32. Elgün Dünyamalıyev
Baş məşqçi: Vasili Berezutski
Komandanın ən yaxşısı: Anatoli Nuriyev
Qollar: A.Nuriyev, 14 (0:1, P.Şafranko). A.Hüseynov, 56 (1:1, R.Sadıxov). J.Santos, 57 (2:1, A.Serrano). 
Vərəqələr: P.Safranko, 21 (qeyri-idman hərəkəti). C.Sekidika, 51 (qeyri-idman hərəkəti). R.Sadıxov, 63 (qeyri-idman hərəkəti). A.Hüseynov, 69 (qeyri-idman hərəkəti). H.Urtado, 82 (qeyri-idman hərəkəti) - sarı. P.Şafranko, 45+2 (qeyri-idman hərəkəti) - qırmızı (ikinci sarı). 
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov (hamısı Bakı).
VAR hakimi: Cavid Cəlilov (Bakı).
VAR hakiminin köməkçisi: Akif Əmirəli (Bakı).
Hakim-inspektor: Ceyhun Haşımov (Bakı).
AFFA nümayəndəsi: Emin Cəfərov (Bakı).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub. 
Oyunun qiyməti: 5,5.
Bu qarşılaşma ən müxtəlif səbəblərdən prinsipiallıq daşıyırdı. Kurban Berdıyevlə Vasili Berezutski Rusiya futbol məktəbinin təmsilçisidi, deməli, “derbi” olacaqdı. Bundan başqa, kubokun cari mövsümündə məhz “Sabah”ın “Turan Tovuz”u mübarizədən kənarlaşdırması unudulmayıb.

Daha bir məqam: “Turan Tovuz” cari mövsümdə “Sabah”ı məğlub edə bilməmişdi. Bu komandaların duelində bakılıların bir qələbəsi və iki heç-heçə qeydə alınmışdı. Təbii ki, “Turan Tovuz” bu arzuolunmaz seriyaya son qoymaq istəyirdi. Bir qədər irəli gedib deyək ki, son qoydu da. “Sabah”ın niyyəti isə “Turan Tovuz”la aradakı xal fərqini “əritmək” idi. 
Matçın ilk dəqiqələri qarşılıqlı hücumlar şəraitində keçdi. 13-cü dəqiqədə Ayxan Hüseynov cərimə zərbəsindən qapı qarşısına ötürmə versə də, Pokatilov yerində idi. Cəmi bir dəqiqə sonra qonaqlar hesabı açdı. Sekidika - Daşdəmirov – Şafranko - Nuriyev kombinasıyasını sonuncu dəqiq zərbə ilə tamamladı.
17-ci dəqiqədə meydan sahibləri təhlükəli hücum qurdu. Tellurdan topu “oğurlayan” İsmayıl Seymurdan sıyrılandan sonra qapı qarşısına ötürmə versə də, Serranonun zərbəsi qeyri-dəqiq oldu. 19-cu dəqiqədə Ayxanın çiyni ilə itələyərək Rəhmanı yerdə qoyduğu anı referi qayda pozuntusu kimi dəyərləndirdi. Bu qərardan narazı qalan Kurban Berdiyev sərt şəkildə etiraz etsə də, FiFA referisi qırmızı vərəqə ilə onu cəzalandırdı. Baş məşqçinin cəzalanması sanki meydan sahiblərini bir qədər də qıcıqlandırdı. 30-cu dəqiqədə Martinsdən yayınan Sekidika qapını “nişan alsa” da, Samok topu küncə çıxarmağı bacardı. 41-ci dəqiqədə Faiq Hacıyev künc zərbəsindən birbaşa qapıya zərbə vurdu. Pokatilov ilk cəhddə uğursuz olsa da, Serranonun zərbəsinin qarşısını ala bildi. İlk yarıya artırılan son dəqiqədə Şafranko qapı qarşısına ötürmə verəndən sonra Urtadonun ayağını əzdi. Referi əvvəlcə oyunu davam etdirsə də, VAR-dan gələn qərardan sonra Pavola ikinci “sarı”nı göstərdi. Öz aramızdı, deyəsən, Şafranko tovuzlulara xətər yetirmək üzrə ixtisaslaşıb. Onun ayağını qırdığı Marandiçi hələ də yaşıl meydana dönə bilmir.
“Bayquşlar” bütün 2-ci hissəni azlıqda keçirməliydi. Belədə meydan sahiblərinin hücumların sayını artıracağı şübhə doğurmurdu. 56-cı dəqiqədə Tellurdan topu alan Kristian Rəhimə ötürmə verdi. Sadıxovun ötürməsindən sonra Ayxan Hüseynov dəqiq zərbə ilə hesabı bərabərləşdirdi. Cəmi bir dəqiqə sonra Tovuz stadionunun tribunaları yenidən coşdu. İkinci hissədə oyuna qoşulan Batista komandasını hesabda önə keçirdi. Ayxan uzaqdan bəxtini sınasa da, Çaklaya dəyən top geri qayıtdı. Topu ələ keçirən Serrano qapı qarşısına ötürmə verdi. Batistanın ayaqla zərbə cəhdi uğursuz olsa da, başı ilə topu tora qovuşdurdu.
78-ci dəqiqədə Xəyaldan ötürmə alan Kupusoviç çevrilib zərbə endirsə də, top qapının üstündən keçdi. Son 12 dəqiqədə reallaşan qarşılıqlı hücumlar nəticəsiz qaldı. “Turan Tovuz” ilk “4-lük”dəki mövqeyini bir qədər də yaxşılaşdırdı. “Sabah” isə indi yalnız və yalnız kubokda “Neftçi”ni necə adlayacağını düşünməlidi. Çempionat “bayquşlar” üçün artıq bitib.
Gözdən qaçmadı
* Tovuzlu azarkeşlər Berdıyevin “qırmızı” almasına sərt reaksiya verdi. Stadiona yad əşyalar atmağa və hakimin ünvanına təhqirənamiz ifadələr işlətməyə başladılar.
* Berdıyevin “qırmızı” ilə cəzalandığı anda – 19-cu dəqiqədə köməkçisi Yunis Hüseynov da hakimin qərarına etiraz etdiyinə görə “sarı” aldı. 
* Oyundan öncə və sonra musiqili proqram təşkil olundu. 
ƏSƏD SEYİDOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:338
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Aprel 2025 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri