Icma.az
close
up
RU
Berezutski premyerliqaya qələbə ilə gəldi

Berezutski premyerliqaya qələbə ilə gəldi

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Sabah (Bakı) - Səbail 1:0 (1:0)
1. Yusif İmanov - 5,5
10. Namik Ələskərov - 5,5
(9. Anatoli Nuriyev, 67) - 5,0
8. Ayaz Quliyev - 5,0
(4. Elvin Camalov, 46) - 5,0
2. Amin Seydiyev - 5,5
6. Abdulax Xaybulayev - 5,5
(17. Tellur Mütəllimov, 67) - 5,0
20. Coy-Lens Mikels - 6,5
18. Pavol Şafranko (k) - 5,5
(99. Neqoş Kupusoviç, 86) - qiymətsiz
40. İqor Noqeyra - 5,5
70. Cesse Sekidika - 6,0
3. Con İrasabal - 5,5
11. Kahim Parris - 5,0
(7. Boyan Letiç, 67) - 5,0
Ehtiyat oyunçular
75. Emil Həbibov
94. Rəvan Mirzəmmədov
5. Rəhman Daşdəmirov
22. Abdulla Rzayev
88. Xəyal Əliyev
44. Sofian Çakla
12. Vinsent Till
Baş məşqçi: Vasili Berezutski
Komandanın ən yaxşısı: Coy-Lens Mikels
1. Hüseynəli Quliyev - 6,0
74. Yusif Nəbiyev (k) - 5,0
18. Süleyman Əhmədov - 5,0
20. Mərt Çəlik - 5,0
11. Rüfət Abdullazadə - 5,0
83. Nihad Quliyev - 5,0
(5. Gitay Sofir, 67) - 5,9
19. Samir Abdullayev - 5,5
17. Gülağa Əsədov - 5,0
(7. Madi Queta, 60) - 5,0
8. Qorka Laruçça - 5,0
3. Dmitri Litvin - 5,0
14. Suleyman Alluş - 5,0
Ehtiyat oyunçular
12. Əlirza Müştəbazadə
15. Vüsal Məsimov
16. Emin Rüstəmov
36. Azad Əsgərov
Baş məşqçi: Cavid Hüseynov
Komandanın ən yaxşısı: Hüseynəli Quliyev
Qol: C-L.Mikels, 29 (C.Sekidika).
Vərəqələr: A.Quliyev, 31 (qeyri-idman hərəkəti). N.Ələskərov, 53 (qeyri-idman hərəkəti). T.Mütəllimov, 86 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Cəmil Quliyev, Şirməmməd Məmmədov, Əli Əliyev (hamısı Bakı).
VAR hakimi: Rauf Allahverdiyev (Bakı).
VAR hakiminin köməkçisi: Rəhman İmami (Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Elgiz Abbasov (Masallı).
29 noyabr. Bakı. “Bank Respublika Arena”. 430 tamaşaçı (8700 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Matçın prinsipiallığını yalnız paytaxt derbisi adlanmasıyla izah etsək, xeyli vacib məqamı kölgədə qoyarıq. Məsələn, "Sabah"ın yeni baş məşqçisi Vasili Berezutskinin debüt matçı uğurlu alınmalıydı. O, nəinki yeni komandasında, ümumiyyətlə, baş məşqçi karyerasında ilk oyununu keçirdi. Məhz bu məqam Cavid Hüseynov üçün qismən keçərlidi. Sadəcə, o, ikinci dəfə komandasını meydana çıxardı. Debüt matçında "Qarabağ"ın qəzəbinə tuş gələn (0:3) mütəxəssis ikinci cəhddə uğur qazanmalı, həm də "dənizçilər"in beş oyunluq qələbə həsrətini sona çatdırmağa nail olmalıydı.
Hər halda, meydan sahibləri məqsədinə çatdı və yeddi matçı əhatə edən uğursuz seriya qırıldı. Oyundan sonra qələbə zövqünü daddılar ki, belə cansıxıcı matç qalib gələnlərdən başqa heç kimə zövq verməz. Axı ilk təhlükəli hücuma şahidlik etmək üçün 15 dəqiqə gözləməli olduq. Nəhayət, Şafrankonun çatdırdığı topa yiyələnən Parris bəxtini sınadı və Hüseynəlinin müqavimətiylə üzləşdi. Çox keçmədən Ayaz Şafranko sayəsində hesabı açmağa yaxın oldu. O, uzaqdan "çərçivə"ni nişan aldı ki, Hüseynəli yenə yerində idi. Meydan sahibləri qonaqları müdafiə olunmağa məcbur edir, ardıcıl qol vəziyyətləri yaradırdılar. Bu ərəfədə Şafranko hesabı açmaq niyyətinə düşsə də, qeyri-dəqiq çıxışla yadda qaldı. Yeganə qola gəlincə, 29-cu dəqiqədə Sekidika təkbaşına irəliləyərək cərimə meydançasının həndəvərinə gələndən sonra topu Mikelsə çatdırdı. Nəticədə almaniyalı baş zərbəsiylə hesabı açdı.
34-cü dəqiqədə Hüseynəli Sekidikanın zərbəsini dəf erməklə fərqin artmasına mane oldu. Düzü, "bayquşlar"ın növbəti qol, "dənizçilər"in hesabı bərabərləşdirmək üçün çalışacağını düşünsək də, birinci hissədə başqa təhlükəli vəziyyət qeydə alınmadı. Ümumiyyətlə, ilk 45 dəqiqə hücum cəhdləri baxımından Bayıl təmsilçisinin varlığını hiss etmədik. İkinci yarı da "Sabah"ın təzyiqiylə başladı. Dəqiq desək, Hüseynəlinin Parrisin zərbəsini zərərsizləşdirməsiylə... Ardınca Namikin uzaqdan bəxtini sınamasına və qeyri-dəqiqlik üzündən fürsəti əldən verməsinə şahidlik etdik. "Səbail"in qeyd olunası hücum cəhdini yalnız 84-cü dəqiqədə gördük. Burda Samir uzaqdan "çərçivə"ni nişan almağa cəhd etsə də, dəqiq oynamadı. Beləliklə, "bayquşlar" azı birgünlüyə "avrokubok zonası"na qayıtdı. Bəs "Səbail" nəyə ümid edir? 15 turda cəmi iki qələbə qazanan komandaya və özündən əvvəlki problemləri qalxana çevirən Cavid Hüseynova?!
Gözdən qaçmadı
* Bu ilin martında çarpaz bağlarından əməliyyat olunduğuna görə 9 aya yaxın meydandan kənarda qalan Vinsent Tillin adı iştirak ərizəsinə salınmışdı.
* Tribunalarda hədsiz az tamaşaçı olsa da, hər halda, "Soldati Di Sabah" və "Dənizçilər" yerində idi.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Dekabr 2024 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri