Spalletti “Yuventus”da sual altında: Genuyadakı biabırçılıqdan sonra istefa səsləri
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İtaliyanın “Yuventus” futbol komandasının baş məşqçisi Luçano Spallettinin gələcəyi Seriya A-nın doqquzuncu turunda “Cenoa”ya 0:2 hesabı ilə məğlubiyyətdən sonra yenidən sual altına düşüb.
İdman.Biz “Fanpage” nəşrinə istinadən xəbər verir ki, Turin klubu doqquz turda üçüncü dəfə uduzub. “Cenoa”nın qollarını Ehizibue və Baldanzi vurub. “Cenoa”nı Spallettinin keçmiş şagirdi Daniele De Rossi çalışdırır.
“Yuventus” 14 xalla turnir cədvəlində səkkizinci pillədədir. Komanda liderlər “Lasio” və “İnter”dən 11, dördüncü yerdən isə altı xal geridədir.
Oyundan sonra Spalletti azarkeşlərdən üzr istəyib.
“İlk növbədə oyuna görə azarkeşlərdən üzr istəyirik. Futbol mübarizə istiqamətinə gedib, biz isə zəifik. Daha çox şey qoymalıyıq, əgər bu futbolçularda bu varsa”, - deyə italiyalı mütəxəssis açıqlamasında bildirib.
Klub rəhbərliyində isə müzakirələr başlayıb. Azarkeşlər də sosial şəbəkələrdə Spallettinin istefasını tələb edir və Antonio Kontenin qayıdışını istəyirlər. Bukmekerlər artıq mümkün əvəzedici üzrə mərc açıb, Stefano Pioli favorit sayılır.
Mütəxəssisin taleyini səkkiz gün ərzində keçiriləcək “Napoli”, AZ və “Fiorentina” ilə oyunlar müəyyən edə bilər. Spallettinin müqaviləsi 2028-ci ilin iyununadək qüvvədədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 29 Oktyabr 2026 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















