Bərgüşadçay su anbarı ilə bağlı 130 milyon manatlıq LAYİHƏ
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Bərgüşadçay su anbarının tikintisinin ikinci mərhələsi çərçivəsində yeni iri layihə icra olunacaq.
BAKU.WS-in əldə etdiyi məlumata görə, layihəni Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti həyata keçirəcək.
130,37 milyon manat sərf olunacaq layihə çərçivəsində əsas işlərdən biri uzunluğu təxminən 18 kilometr olan, diametri 2,6 metr təşkil edən böyük polad su kəmərinin çəkilməsidir. Boru xəttinin müxtəlif hissələrində xəndəklərin qazılması, boruların quraşdırılması, izolyasiya işləri, əks doldurma və sınaqların aparılması nəzərdə tutulur.
Bundan başqa, layihə üzrə su kəmərinin keçəcəyi ərazilərdə istismar yolunun salınması, boruların alt hissəsinin qum-çınqıl qatları ilə hazırlanması və ərazinin əvvəlki vəziyyətinə gətirilməsi kimi işlər də həyata keçiriləcək.
Qeyd edək ki, layihənin həyata keçirilməsi nəticəsində Bərgüşadçay su anbarından təsərrüfatlara suvarma suyunun daha səmərəli çatdırılması təmin edilə, kənd təsərrüfatında su təminatının yaxşılaşdırılmasına və əkin sahələrinin suvarılma imkanlarının genişləndirilməsinə şərait yarana bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 31 Avqust 2026 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















