Icma.az
close
up
RU
Berlin aksiyasının arxasında hansı qüvvə(lər) durur?

Berlin aksiyasının arxasında hansı qüvvə(lər) durur?

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniyada fəaliyyət göstərən “Müsəlman Birliyi Hərəkatı” (MBH) ötən gün Berlində aksiya keçirib. Aksiya zamanı Azərbaycan və İran bayraqları ilə yanaşı, fars dilində plakatlar nümayiş etdirilib.

Bu aksiyanın təşkilatçılarının siyasi maraqları nədir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Yeganə Hacıyeva  bildirib ki, Almaniyanın “Müsəlman Birliyi Hərəkatı”nın fəalları vasitəsilə təşkil etdiyi anti-Azərbaycan aksiyasının siyasi mahiyyətini yalnız dini şüarlar və ayrı-ayrı etirazçıların mövqeyi ilə izah etmək düzgün deyil. Bu hadisəyə daha geniş təhlükəsizlik və informasiya təsiri kontekstində yanaşmaq vacibdir.

Onun sözlərinə görə, burada söhbət dini həssaslıqlar vasitəsilə ictimai narazılığın istiqamətləndirilməsindən, mümkün siyasi proseslər üzərində xarici təsir və liderlik uğrunda mübarizədən, eləcə də Avropa auditoriyasında Azərbaycanın daxili siyasi vəziyyəti barədə yanlış təsəvvürlərin formalaşdırılmasından gedir:

"Bu etiraz aksiyasının təşkilinə Azərbaycanda son həftələr ərzində “hicab qadağası” narrativi ətrafında formalaşdırılan etiraz əhval-ruhiyyəsi, həmin narrativlərin xarici auditoriyalara ötürülməsi və mümkün siyasi nəticələr üzərində nəzarət uğrunda mübarizə kontekstində baxmaq lazımdır. Bir neçə həftədir Azərbaycanda dini həssaslıq doğuran “hicab qadağası” mövzusu ətrafında aparılan müzakirələr artıq təkcə dini azadlıqlarla bağlı ictimai narahatlıq çərçivəsini aşıb. Ayrı-ayrı hadisələr və məhdudiyyətlərlə bağlı mübahisələrin ümumiləşdirilərək Azərbaycan dövlətinin dinə münasibətinin bütövlükdə məhdudlaşdırıcı olması kimi təqdim olunur. Burada “becərilən” ictimai narazılığın konkret siyasi istiqamətə yönəldilməsi prosesi müşahidə olunur".

Politoloq qeyd edib ki, dini azadlıqlar cəmiyyət üçün həssas məsələdir və məhz bu həssaslıqdan siyasi təsir vasitəsi kimi istifadə edilir.

"Xüsusi vurğulamaq istəyirəm ki, milli təhlükəsizlik baxımından risk dini məsələlərin müzakirə olunması və ya vətəndaşların öz narazılıqlarını ifadə etməsi deyil. Əsas risk bu həssaslıqların dövlətlə vətəndaşlar arasında etimadsızlıq yaratmaq, qarşıdurmanı dərinləşdirmək və ictimai narazılığı xarici siyasi maraqlara uyğun istiqamətləndirmək üçün alətə çevrilməsidir. Ölkə daxilindəki epozodik hallarla Almaniyada təşkil olunan aksiya arasında şüarlar, mesajlar və kommunikasiya üsullarının koordinasiyanı göstərən faktlar mövcuddur. Bu faktlar ayrı-ayrılıqda deyil, bütöv şəkildə qiymətləndirildikdə, İranın prosesdəki istiqamətləndirici rolunu və siyasi məqsədlərini anlamaq üçün mühüm əhəmiyyət daşıyır", - deyə müsahibimiz əlavə edib.

Y.Hacıyevanın fikrincə, ikinci mühüm məqam İranın mümkün etiraz dalğasının siyasi nəticələri üzərində təsir və liderlik uğrunda mübarizəsidir. Onun sözlərinə görə, Türkiyənin bir sıra dairələrinin “hicab qadağası” mövzusunda son həftələrdə aktiv fəaliyyətinin fonunda İran bu məsələlərin önünə keçməyə və istiqamət verici rolunu qabartmağa çalışır. Bununla da cəmiyyətdə yaranan narazılığın hansı istiqamətdə inkişaf edəcəyi , hansı siyasi tələblərlə əlaqələndiriləcəyi və nəticə etibarilə hansı qüvvələrin maraqlarına xidmət edəcəyini əvvəldən müəyyənləşdirməyə cəhdlər edir. Müsahibimiz vurğulayıb ki, burada da İranın məntiqi kifayət qədər aydındır, ölkə daxilindəki şəbəkəsi vasitəsi ilə “ hicab qadağası” mövzusunda cəmiyyətdə emosional reaksiya doğuran hadisələri ön plana çıxarılır:

“Media vasitəsi ilə həmin mövzu ətrafında narazılıq formalaşdırılır, daha sonra isə bu narazılıq daha geniş siyasi tələblərlə əlaqələndirilir. Bununla da konkret məsələ ilə bağlı yaranan ilkin ictimai reaksiya daha sonta daha geniş siyasi təsir mexanizminin tərkib hissəsinə çevrilir".

Yeganə Hacıyeva: Əsas məsələ dini və ictimai həssaslıqların xarici siyasi təsir alətinə çevrilməsinə imkan verməməkdir

Həmsöhbətimiz qeyd edib ki, müxtəlif platformalarda fəaliyyət göstərən qruplar arasında koordinasiya və vahid siyasi məqsədin mövcudluğu bu baxımdan həlledici əhəmiyyət daşıyır. Çünki belə koordinasiya ictimai narazılığın spontan ifadəsi ilə məqsədyönlü siyasi təsir fəaliyyəti arasındakı fərqi müəyyənləşdirən əsas göstəricilərdən biridir.

Politoloq hüsab edir ki, Almaniyada keçirilən aksiya vasitəsilə Avropa ictimaiyyətində Azərbaycanda hakimiyyətə qarşı geniş və davamlı etiraz dalğasının mövcudluğu barədə təsəvvür formalaşdırılması faktı var. Y.Hacıyeva hesab edir ki, bu istiqamətə xüsusi diqqət yetirmək lazımdır:

“Çünki müasir informasiya mühitində siyasi aksiyaların əhəmiyyəti təkcə iştirakçıların sayı ilə müəyyənləşmir. Hadisənin necə təqdim olunması, hansı görüntülərin seçilməsi, hansı şüarların ön plana çəkilməsi və materialların sosial şəbəkələrdə hansı formada yayılması onun siyasi məzmununa birbaşa təsir göstərir. Beləliklə, məhdud iştiraklı bir aksiya müəyyən kommunikasiya strategiyası çərçivəsində Azərbaycanda geniş ictimai narazılığın göstəricisi kimi təqdim edilir. Bu təqdimatın məqsədi xarici auditoriyada ölkədəki siyasi vəziyyət barədə müəyyən təsəvvür yaratmaq, həmin təsəvvürün beynəlxalq müzakirələrə təsirini artırmaq və Azərbaycanın beynəlxalq imicinə siyasi təzyiq göstərməkdir. Avropadakı siyasi və media dairələri də hadisələri qiymətləndirərkən yayılan görüntülərə və səsləndirilən şüarlara əsaslanacaqlar".

Cəmiyyətin qorunması istiqamətində hazırda ən vacib məsələlərə toxunan Y.Hacıyeva bildirib ki, ən vacib məqam cəmiyyətin xarici müdaxilədən, koordinasiyalı informasiya manipulyasiyasından və qəsdən təhrif edilmiş məlumatların təsirindən qorunmasıdır. Bunun üçün baş verən proseslərin mahiyyəti açıq şəkildə izah edilməli, ictimaiyyət etibarlı məlumatlarla təmin olunmalı, mümkün xarici təsir mexanizmləri isə konkret faktlar əsasında qiymətləndirilməlidir.

"Azərbaycanın milli təhlükəsizlik maraqları baxımından əsas məsələ dini və ictimai həssaslıqların xarici siyasi təsir alətinə çevrilməsinə imkan verməməkdir. Cəmiyyət daxilində etimadı qorumaq və ölkənin daxili proseslərinin kənardan manipulyasiya edilməsinə qarşı dayanıqlı informasiya mühiti formalaşdırmaq vacibdir", - deyə Yeganə Hacıyeva qeyd edib.

"Xüsusi vurğulamaq istəyirəm ki, milli təhlükəsizlik baxımından risk dini məsələlərin müzakirə olunması və ya vətəndaşların öz narazılıqlarını ifadə etməsi deyil. Əsas risk bu həssaslıqların dövlətlə vətəndaşlar arasında etimadsızlıq yaratmaq, qarşıdurmanı dərinləşdirmək və ictimai narazılığı xarici siyasi maraqlara uyğun istiqamətləndirmək üçün alətə çevrilməsidir. Ölkə daxilindəki epozodik hallarla Almaniyada təşkil olunan aksiya arasında şüarlar, mesajlar və kommunikasiya üsullarının  koordinasiyanı göstərən faktlar mövcuddur. Bu faktlar ayrı-ayrılıqda deyil, bütöv şəkildə qiymətləndirildikdə, İranın prosesdəki istiqamətləndirici rolunu və siyasi məqsədlərini anlamaq üçün mühüm əhəmiyyət daşıyır", - deyə müsahibimiz əlavə edib.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Oktyabr 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri