Icma.az
close
up
RU
Azərbaycanı hədəf seçən hakerlərin arxasında hansı qüvvə dayanır? Açıqlama

Azərbaycanı hədəf seçən hakerlərin arxasında hansı qüvvə dayanır? Açıqlama

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Xəbər verdiyimiz kimi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti son günlər beynəlxalq kibertəhlükəsizlik mənbələrində yayılan məlumatlara əsasən, “Red Wolf” adlı haker-aktivist qruplaşmanın Azərbaycanı hədəfə aldığı barədə iddiaların mövcud olduğunu bildirib.

Belə ki, “TechOwlShield” portalının hesabatında qeyd olunur ki, aktivist qruplaşma 2025-ci ildə genişlənən DDoS-hücum kampaniyalarında Azərbaycanı hədəf ölkələr sırasında göstərib.

Təhlükəsizlik səbəbindən adının çəkilməsini istəməyən mütəxəssis Bakupost.az -a açıqlamasında bildirdi ki, “Red Wolf Cyber Team” müxtəlif regionlardan olan qruplaşmaların, hakerlərin yaratdığı mənfi istiqamətdə fəaliyyət göstərən bir cəmiyyətdir:

“Həmin hücumların olunduğu dövlətlərin siyahısına baxsaq, əslində hədəf ölkələrin bir-biri ilə əlaqəsiz olduğunu görmək olar. Məsələn, ən son siyahıda Birləşmiş Ərəb Əmirliklərindən tutmuş Yunanıstana, İordaniyaya, Portuqaliyaya qədər fərqli ölkələr var. Bu tip aktivist qruplar əsasən, öz düşüncələrinə uyğun siyasi və regional mesajlar yaymağa və ya ideoloji fikirlərini dövlət və təşkilatların onlayn xidmətlərini dayandırmaqla göstərməyə çalışırlar. Baş verən bu halı aktivistliyin rəqəmsal forması kimi düşünmək olar.Təbii ki, bu, müxtəlif orqanlar və şirkətlər üçün müəyyən risklər doğurur. Məsələn, şəbəkə və sistem monitorinqlərində problemlər yaranır, hər hansı məlumat sızıntısı baş verir və ya DDoS səbəbindən çökmələr olur. Bu bir tərəfdən də potensial hücumlara qarşı zərərçəkmiş qurum və şirkətlərin boşluqları gücləndirməsi üçün fürsət yaradır. Çünki əksər hallarda bu tip aktivist hücumlar nisbətən geniş miqyasda baş verdiyindən, nəticələri beynəlxalq səviyyədə riskli olaraq qəbul olunur.

“Red Wolf Cyber”i müxtəlif mənbələrdən araşdırsanız görərsiz ki, onlar özlərini sanki rəqəmsal mühitdə ideoloji döyüşçülər kimi təqdim edirlər. Ona görə aydın şəkildə görünür ki, burada müxtəlif ölkələrdən olan qruplaşmalar və ya etik olmayan hakerliklə məşğul olan insanların formalaşdırdığı “mənfur cəmiyyət”dən söhbət gedir”.

Lalə,Bakupost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri