Icma.az
close
up
RU
Berlində 30 cu Beynəlxalq Təhsil Sərgisinə yekun vurulub

Berlində 30 cu Beynəlxalq Təhsil Sərgisinə yekun vurulub

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Berlin, 4 noyabr, AZƏRTAC

Bu gün Berlində keçirilən 30-cu Beynəlxalq Təhsil Sərgisi (ICEF-2025) işini başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, yubiley sərgisinə dünyanın 115-dən çox ölkəsini təmsil edən 1300 təhsil müəssisəsi qatılıb.

Azərbaycanı bu nüfuzlu sərgidə 20-dən çox təhsil müəssisəsi təmsil edib. Azərbaycanın təhsil müəssisələri ICEF tədbirlərində aktiv iştirak edərək beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir. Bu platforma vasitəsilə ölkəmizdən olan tələbələr üçün xarici ölkələrin qabaqcıl universitetlərində ali təhsil, peşə təhsili və dil proqramlarına çıxış imkanları yaradılır. Təhsil müəssisələri və agentliklər arasında qurulan işgüzar əlaqələr ölkəmizin tələbələrinin keyfiyyətli beynəlxalq təhsil almasını dəstəkləyir və təhsil sektorunun qlobal şəbəkədə mövqeyini gücləndirir. Bu əməkdaşlıq, eyni zamanda, təhsil sahəsində qarşılıqlı təcrübə və innovasiyaların mübadiləsinə şərait yaradır.

Azərbaycanı sərgidə təmsil edən belə təhsil müəssisələrindən birinin - ARI Beynəlxalq Təhsil Mərkəzinin rəhbəri İnarə Əliyeva AZƏRTAC-a müsahibəsində bildirib: “Berlində keçirilən “ICEF-2025” beynəlxalq təhsil sərgisində 115 ölkədən 1300-dək beynəlxalq təhsil qurumunun nümayədələri iştirak edirlər. Ölkəmizdən də bir çox təhsil qurumunun bu nüfuzlu sərgidə iştirakı bizim üçün qürurvericidir. Bu cür beynəlxalq tədbirlərdə iştirak etmək Azərbaycanın təhsil təşkilatları üçün çoxsaylı əməkdaşlıqlar qurmaq, eyni zamanda, azərbaycanlı tələbələr üçün geniş imkanlar yaradır. Bu platformalar sayəsində azərbaycanlı tələbələr üçün uyğun olan universitetləri, qəbul şərtləri, təhsil proqramlarını seçərək tələbələrə və onların ailələrinə daha düzgün və dəqiq məlumatlar vermiş oluruq ki, bu da tələbələrin təhsil almaları yolunda çox önəmlidir. İnanırıq ki, azərbaycanlı tələbələrin uğurlarında təhsil qurumlarının göstərdiyi peşəkar dəstək, məlumatlandırma və düzgün istiqamətləndirmə mühüm rol oynayır. Təhsil bizim gələcəyimizdir və bu baxımdan bizim təhsil qurumlarımızın beynəlxalq səviyyədə keçirilən belə sərgirlərdə iştirak etməsi çox önəmlidir”.

Qeyd edək ki, beynəlxalq tələbə qəbuluna dair dünyanın ən nüfuzlu tədbir kimi tanınan ICEF qlobal təhsil sektorunun inkişafına mühüm təsir göstərir. Bu mötəbər tədbirdə dünyanın müxtəlif ölkələrindən minlərlə təhsil lideri bir yerə toplanaraq yeni tərəfdaşlıqlar qurur və beynəlxalq tələbələr üçün yeni imkanlar yaradır. Üçgünlük sərgi çərçivəsində keçirilən 25 mindən artıq təkbətək görüşlər “ICEF Berlin”i real işgüzar nəticələrin əldə olunduğu qlobal platformaya çevirir. Bu sərgi iştirakçılara müxtəlif ölkələrdən təhsil mütəxəssisləri ilə görüşmək, yeni əlaqələr qurmaq, sahə üzrə tanınmış ekspertlərin rəhbərliyi ilə keçirilən seminar, müzakirələrdə iştirak etmək, həmçinin beynəlxalq tələbə qəbulunu keyfiyyət və dayanıqlılıq əsasında inkişaf etdirmək üçün strateji yanaşmalar formalaşdırmaq imkanı verir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri