Icma.az
close
up
RU
Berlində həkimin 15 nəfəri öldürüb: Oxşar hallar Azərbaycanda da baş verib

Berlində həkimin 15 nəfəri öldürüb: Oxşar hallar Azərbaycanda da baş verib

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

 Almaniyanın paytaxtı Berlində palliativ yardım üzrə ixtisaslaşmış bir həkimə qarşı misli görünməmiş cinayət ittihamları ilə məhkəmə prosesi başlayıb. Berlin Regional Məhkəməsində bazar ertəsi başlayan prosesdə 40 yaşlı həkim ən azı 15 pasiyenti öldürməkdə ittiham olunur.

Bizimyol.info xəbər verir ki, prokurorluğun bildirdiyinə görə, hadisələr 2021-ci ilin sentyabrından 2024-cü ilin iyuluna qədər baş verib. İstintaq materiallarına əsasən, şübhəli şəxs palliativ yardım alan ağır xəstələrə anestezik və əzələ sakirləşdirici preparatlar yeridərək onların tənəffüs əzələlərini iflic edib. Bu isə nəticədə tənəffüsün dayanmasına və ölümə səbəb olub.

Ən gənc qurbanın cəmi 25 yaşı olduğu, ən yaşlısının isə 94 yaşında həyatını itirdiyi bildirilir. Hazırda hüquq-mühafizə orqanları həkimin iştirakı ilə baş vermiş daha 75 şübhəli ölüm faktını araşdırır. Bu isə qurbanların sayının artması ehtimalını gündəmə gətirir.

Prokurorluq iddia edir ki, həkim "alçaq motivlərdən" çıxış edərək, köməksiz vəziyyətdə olan insanları qəsdən həyatdan məhrum edib. Onun 2024-cü ilin avqust ayından etibarən istintaq təcridxanasında saxlanıldığı qeyd edilir. Proses çərçivəsində 2026-cı ilin yanvarın 28-dək 35 dinləmə keçirilməsi planlaşdırılır.

Azərbaycanda da son illərdə həkim səhlənkarlığı və ehtiyatsız tibbi müdaxilə nəticəsində insan ölümləri qeydə alınıb. Bu halların bəziləri hüquqi müstəvidə araşdırılsa da, əksəriyyəti cəzasız qalmaqda davam edir.

2022-ci ilin fevralında Gəncə şəhərində 29 yaşlı bir qadın qeysəriyyə əməliyyatı zamanı həyatını itirdi. İstintaq nəticəsində əməliyyatda iştirak edən həkimlərdən biri əməliyyata hazırlıq və prosedur zamanı ciddi protokol pozuntularına yol verdiyi üçün məsuliyyətə cəlb olundu.

2023-cü ilin oktyabrında isə Sumqayıt şəhərində kosmetoloji əməliyyat zamanı bir qadının həyatını itirməsi cəmiyyətdə ciddi rezonansa səbəb oldu. Araşdırmalar zamanı məlum oldu ki, əməliyyatı aparan şəxsin tibb təhsili belə yoxdur.

Daha bir həkim məsuliyyətsizliyi səbəbindən 2025-ci ilin əvvəlində faciəliölüm hadisəsi baş verib. 30 yaşlı Nəzrin Mansurova estetik məqsədlə burun əməliyyatı (rinoplastika) etdirdikdən sonra vəfat etdi. Hadisə plastik cərrah Sənan Mehdiyevin adı ilə bağlıdır.

Yanvarın 3-də aparılan əməliyyatdan bir gün sonra Nəzrin özünü pis hiss etməyə başlayıb – kəskin baş ağrıları, qusma və huşsuzluq müşahidə olunub. Yanvarın 5-də reanimasiya şöbəsinə yerləşdirilən gənc qadın komaya düşərək 12 yanvarda vəfat edib.

Daha öncə 2015-ci ildə də bir pasiyentin ölümündə adı hallanan Sənan Mehdiyev bu dəfə də məsuliyyətə cəlb olunub. Prokurorluq tərəfindən CM-nin 314.2-ci (səhlənkarlıq nəticəsində ölümə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb və istintaq davam edir.

Səhiyyə üzrə ekspertlər bildirirlər ki, bu kimi hadisələrdə tibbi etika və məsuliyyət məsələsində ciddi problemlərin olduğunu ortaya qoyur. Almaniyada baş verən olay açıq-aşkar qəsd olduğu halda, Azərbaycanda daha çox səhlənkarlıq və ehtiyatsızlıq fonunda baş vermiş faciə ilə qarşı-qarşıyayıq. Hər iki halda ortaq məqam – həkimin pasiyent həyatına qarşı məsuliyyətsiz yanaşmasıdır.

Müvafiq qurumlar bu kimi halların qarşısının alınması üçün nəzarət və lisenziya mexanizmlərini gücləndirəcəklərini bildirsələr də, faktiki nəticələr cəmiyyətin gözləntilərini hələ də doğrultmur.

Hüquqşünaslar və tibb ekspertləri Almaniyada baş verən bu cinayət hadisəsini “tibbi peşənin fundamental prinsiplərinə qarşı ağır təhqir” kimi dəyərləndirirlər. Eyni zamanda, Azərbaycanda baş verən ölüm halları ilə bağlı effektiv nəzarət mexanizmlərinin və şəffaf hüquqi prosedurların tətbiq olunmasının vacibliyini vurğulayırlar.

Berlindəki məhkəmə prosesi təkcə Almaniyada deyil, bütün dünyada həkim etikası və pasiyent təhlükəsizliyi məsələlərini yenidən gündəmə gətirib. Bu hadisə həmçinin Azərbaycanda da səhiyyə sistemində şəffaflıq, məsuliyyət və pasiyent hüquqlarının qorunması istiqamətində daha ciddi addımların atılmasını zəruri edir.

Hər iki ölkədə baş verən bu hadisələr göstərir ki, həkim peşəsi yalnız bilik deyil, həm də yüksək mənəvi və hüquqi məsuliyyət tələb edir. İstər Almaniyada palliativ yardım adı altında törədilən qətllər, istərsə də Azərbaycanda estetik əməliyyat zamanı baş verən faciə – hər biri səhiyyə sahəsində təcili hüquqi və inzibati islahatların vacibliyini gündəmə gətirir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 İyul 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri