Berlində ictimai nəqliyyat tətilə görə fəaliyyətini dayandırdı
Icma.az, Manset saytına istinadən bildirir.
Berlinin ictimai nəqliyyatı tətilə görə dayandırılıb.
Manset.az xəbər verir ki, bu barədə BVG əməliyyat şirkətinin saytında məlumat verilib.
Tətilin səbəbi Ver.di həmkarlar ittifaqının bütün şirkət işçilərinin əmək haqqının 750 avro artırılması və Milad bayramı bonusu olaraq 13-cü maaşın verilməsi tələbi ilə bağlıdır. Şəhərdə tramvay və metro tamamilə fəaliyyətini dayandırıb, əksər avtobus marşrutları da fəaliyyət göstərmir. Tətil yerli vaxtla saat 15:00-a qədər (Bakı vaxtı ilə 18:00) davam edəcək.
Bəzi avtobuslar, regional qatarlar, şəhər qatarları və bərələr işləyir.
Şirkət vətəndaşlara xəbərdarlıq edib: “Xəbərdarlıq tətili bitdikdən sonra bir neçə saat ərzində nəqliyyatın hərəkəti nizamsız ola bilər”.
Baxış sayı:140
Bu xəbər 27 Yanvar 2025 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















