Icma.az
close
up
RU
Berlində keçirilən 89 cu “Beynəlxalq Yaşıl Həftə” sərgisi işini başa çatdırıb

Berlində keçirilən 89 cu “Beynəlxalq Yaşıl Həftə” sərgisi işini başa çatdırıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Berlin, 26 yanvar, AZƏRTAC

Almaniyanın paytaxtı Berlinin ev sahibliyi etdiyi 89-cu “Beynəlxalq Yaşıl Həftə” sərgisinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, yanvarın 17-də başlayan sərgidə 60 ölkədən 1400 istehsalçı öz məhsullarını nümayiş etdirib.

Kənd təsərrüfatı, bağçılıq və ərzaq məhsulları sahələrində dünyanın ən mötəbər sərgilərindən olan “Berlin Beynəlxalq Yaşıl Həftə” sərgisini gözləniləndən çox - 310 min nəfər ziyarət edib. Ziyarətçilər arasında siyasət və biznes dünyasından tanınmış şəxslər, o cümlədən federal hökumətin altı naziri, Avropa Komissiyasının bir komissarı da olub.

On gün ərzində “Beynəlxalq Yaşıl Həftə” çərçivəsində kənd təsərrüfatı və qida sənayesi ilə bağlı mühüm mövzularda 300-dən çox tədbir, o cümlədən forum, konfrans, iclas, seminar, təlimlər keçirilib. Bu tədbirlərdən ən önəmlisi Federal Ərzaq və Kənd Təsərrüfatı Nazirliyi (BMEL) tərəfindən təşkil edilən Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forum (GFFA) olub. “Bioiqtisadiyyatın davamlı şəkildə formalaşdırılması” mövzusuna həsr olunan forumda 60-dan çox ölkədən 2 minə yaxın ekspert qlobal kənd təsərrüfatı və qida sənayesinin qarşısında duran əsas problemləri müzakirə edib. Forumun yekun bəyannaməsində digər məsələlərlə yanaşı, Paris İqlim Sazişinə və Biomüxtəliflik Konvensiyasına sadiqlik bir daha ifadə olunub.

Bundan başqa, sərgi çərçivəsində “Bioyanacaq Konqresi”, “Kənd yerlərinin inkişafı üçün Gələcək Forum” və digər mühüm beynəlxalq tədbirlər də keçirilib. Sərgidə əsas müzakirə mövzularından biri də təsiri bu tədbirdə hiss edilən dabaq xəstəliyinə qarşı səmərəli mübarizənin aparılması olub.

Almaniyanın ənənəvi ticarət yarmarkalarından, eləcə də qida, kənd təsərrüfatı, bağçılıq sahələrində dünyada ən aparıcı tədbirlərdən olan Berlin “Beynəlxalq Yaşıl Həftə” sərgisi 1926-cı ildən keçirilir. Sərgi iqlim mühafizəsi, dayanıqlı iqtisadiyyat, resursların qorunması və torpaqdan davamlı istifadə kimi aktual sosial problemlərin müzakirəsi üçün mühüm beynəlxalq platformadır. Növbəti sərgi gələn il yanvarın 16-dan 26-dək keçiriləcək. Həmin vaxt sərginin 100 illik yubileyi qeyd olunacaq.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Yanvar 2025 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri