Bakıda kafedəki qətldə təqsirləndirilənlər 4 aylıq həbs edildi
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılıblar.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsi indilərdə qərar elan edib.
Kütləvi dava ilə bağlı bir neçə nəfər təqsirləndiriləm şəxs qismində cəlb edilib. Onlardan qətli birbaşa törədən MMA idmanı üzrə dünya çempionu Elmar Cəfərov və "Sabunçu Emil"ə qarşı Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Hazırda davada iştirak edən digərləri - deputat Arzuxan Əlizadənin "Yeraz Əhməd" kimi tanınan oğlu Əhməd Əlizadə və digərləri barəsində təqdimatlara baxılır.
Qeyd edək ki, hadisə Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən kafedə baş verib. Kütləvi davada "Ceyhun Sabunçu" kimi tanınan Ceyhun qətlə yetirilib.
Qətli törədib qaçanlar qısa müddətdə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməliyyatçıları tərəfindən saxlanılıblar.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 25 Oktyabr 2026 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















