Icma.az
close
up
RU
Berlində “Müxtəliflikdə birlik: dialoqda dinlərarasi sədalar” adlı tədbir keçirilib FOTOLAR

Berlində “Müxtəliflikdə birlik: dialoqda dinlərarasi sədalar” adlı tədbir keçirilib FOTOLAR

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Azərbaycanın Almaniyadakı Səfirliyinin təşkilatçılığı ilə Berlində Azərbaycan Mədəniyyət Mərkəzində “Müxtəliflikdə birlik: dialoqda dinlərarasi sədalar” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, Almaniyada fəaliyyət göstərən dini və ictimai qurumların nümayəndələri, diplomatlar, ictimai xadimlər iştirak edib.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirin keçirilməsində əsas məqsədin dinlərarası dialoqun təşviqi, müxtəlif mədəniyyət və dinlərə mənsub insanlar arasında qarşılıqlı anlayış, tolerantlığın gücləndirilməsi olduğunu bildirib.

O, Azərbaycanda etnik və dini rəngarəngliyin qorunmasına yönələn, uğurla həyata keçirilən dövlət siyasətinin multikulturalizm və tolerantlıq sahəsində əsrlər boyu formalaşmış tarixi ənənənin daha da möhkəmlənməsinə yol açdığını qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, dünyəvi və multikultural bir ölkə kimi Azərbaycan dinlərarası dialoqa böyük diqqətlə yanaşır:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət dini azadlıqların qorunmasını və multikultural dəyərlərin təşviqini daxili siyasətin və beynəlxalq əlaqələrin əsas elementlərindən biri kimi qəbul edir.

Dövlət yalnız dini azadlıqları təmin etməklə və dinlərarası dialoqu təşviq etməklə kifayətlənmir, eyni zamanda müxtəlif konfessiyaların irsinin qorunmasına da qayğı göstərir. Dini abidələrin bərpası işlərinə yalnız Bakıda deyil, Azərbaycanın bütün bölgələrində yerləşən məscidlər, kilsələr, sinaqoqlar və müqəddəs məkanlar da daxildir. Bu öhdəliyin xüsusilə güclü nümunəsi Qarabağın azad edilmiş ərazilərində aparılan genişmiqyaslı quruculuq prosesində özünü göstərir".

R. Məmmədov çıxışında Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyət istiqamətləri barədə də məlumat verib.

ABŞ-nin Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper Azərbaycanın dini tolerantlıq baxımından dünyada nümunəvi ölkələrdən biri olduğunu vurğulayaraq, respublikada dini icmaların sərbəst fəaliyyət göstərdiyinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb və bundan məmnunluğunu ifadə edib.

A.Kuper Azərbaycanda dini azadlığın yüksək səviyyədə təmin olunmasını, bütün dinlərin nümayəndələrinə bərabər şəraitin yaradılmasını yüksək qiymətləndirərək, bu barədə dünya ictimaiyyətinin məlumatlandırılmasının zəruriliyini diqqətə çatdırıb.

Tədbirdə İlahiyyat İnstitutunun dekanı, dosent Elnurə Əzizova, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Heydər məscidinin imamları Hafiz Abbasov və Rüfət Qarayev, Sefarad Yəhudilərinin Bakı dini icmasının sədri, ravvin Zamir İsayev, həmçinin Azərbaycandakı Avropa Yəhudiləri İcmasının baş ravvini Şneor Seqal da çıxış ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 İyun 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see170

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see148

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see141

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see133

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see132

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see129

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri