Berlində vəziyyət o həddə çatıb ki, bu yola əl atırlar Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Avropada anomal istilər davam edir.
“Qafqazinfo” xəbər verir ki, bir sıra ölkələrdə temperatur rekord həddə çatıb.
Almaniyanın Meteorologiya Xidmətinin məlumatına görə, ölkədə ilkin rekord Saksoniya-Anhalt əyalətinin Mökern-Drevitz bölgəsində qeydə alınıb.
Burada havanın temperaturu 41,5 dərəcəyədək yüksəlib.
Hətta, vəziyyət o həddə çatıb ki, şəhər polisi suçiləyən maşınlarla əhaliyə yardım göstərib.
Fransada da güclü istilər səbəbindən yeni temperatur rekordları qeydə alınıb. Ölkənin bir sıra bölgələrində termometrlər 40 dərəcəni ötüb. Meteoroloqlar bu göstəricilərin iyun ayı üçün rekord səviyyəyə yaxın olduğunu bildirirlər.
Ümumdünya Meteorologiya Təşkilatı xəbərdarlıq edərək bildirib ki, davam edən isti hava dalğası insanların sağlamlığına, kənd təsərrüfatına və ekosistemlərə ciddi mənfi təsir göstərə bilər. Bir sıra ölkələrdə meşə yanğınları riskinin də artdığı qeyd olunur.
Baxış sayı:158
Bu xəbər 28 İyun 2026 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















