Icma.az
close
up
RU
Vəziyyət o həddə çatıb ki, yataq otağından canlı yayım açırlar Sosioloq

Vəziyyət o həddə çatıb ki, yataq otağından canlı yayım açırlar Sosioloq

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

"Sosial şəbəkələr həyatımıza bu qədər pərçimlənəndən bəri hamı hər şeyi kamera önündə edir, özünü buna məcbur hiss edir. İnstaqramda övladının bütün məhrəmiyyətini paylaşan analar, tik-tokda bütün gününü kamera qarşısında keçirən gənclər, yaşlılar,  həyat yoldaşı ilə məhrəm səhnələr çəkib paylaşan kişilər, qadınlar və daha kimlər, kimlər. Vəziyyət o həddə çatıb ki yataq otağından belə canlı yayım açıb sosial şəbəkədə yayımlayanlar kütləviləşib. Normal bir insan niyə yataq otağını - ən məhrəm yerini milyonlarla insana göstərsin ki? Buna niyə ehtiyac duysun?"
Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib. 
"Kamera qarşısında pul üçün soyunanlar, ədəbsiz hərəkətlər edənlər, daha çox baxış qazanmaq uğrunda bütün dəyərlərindən keçən kütlə hər gün böyüyür. Atalar qızları ilə kamera qarşısında trend üçün biədəb hərəkətlər edir, analar azyaşlı uşağının məhrəm yerlərini göstərir, addım-addım hər hərəkətini çəkib paylaşır, ər-arvad yataqda canlı yayım açır, qızlar pul qarşılığında canlı yayımda bədəninin hər hansı bir əzasını açır, erotik rəqs edir. Xülasə, ağlınıza gələ biləcək bütün yollarla məhrəmiyyət nümayiş etdirilir".
O bildirib ki, xalqın ədəbini, əxlaqını pozanlara qarşı çoxdan ciddi tədbir görülməli idi:
"Bu qədər azadlıq verilməməli idi onlara, bu qədər boş qoyulmamalı idi o meydan. İstədiklərini etdilər deyə azğınlaşdılar. Cinsi bilinməyən məxluqlar canlı yayımlarda olmazın hərəkətlər edirlər, biabırçı formada danışırlar. Bir vaxtlar uzaq ölkələrdəki orta cins polemikalarını oxuyub təəccüb edirdik, bizdəki orta cinslərdən xəbərsizmişik. Yağış sonrası göbələk misalı, hər yerdədirlər. Sayları getdikcə artır, kütləviləşir vəziyyət. Vaxtilə ata-anasından çəkinən indi cəmiyyətdən də çəkinmir, ətrafı vecinə almır. Çox narahatam, öz övladlarım üçün, hamının balası üçün. Pərdə qalxıb artıq, jurnala baxdıq, kino qabaqdadır. Anons heç yaxşı şeylər söyləmədi bizə. Dövlət əl atmalıdır bu məsələyə, ciddi formada ölçü götürülməlidir".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Dekabr 2024 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri