Icma.az
close
up
RU
Su Ehtiyatları Agentliyinin idarəsində gərginlik Artıq vəziyyət o həddə çatıb ki...

Su Ehtiyatları Agentliyinin idarəsində gərginlik Artıq vəziyyət o həddə çatıb ki...

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun qudasının tələbə yoldaşı olan Etibar Nəbiyevin Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə rəsi təyinatından sonra həmin qurumda vəziyyət mürəkkəb xarakter alıb.

Mia.az xəbər verir ki, yeni rəisin köhnə kadrları öz yaxın ətrafı ilə əvəzləməsindən sonra idarədə gərgin atmosfer daha da böyüyüb.

Mia.az-ın əldə etdiyi məlumata görə, Abşeron Bağılar Şəbəkəsində mühəndis işləyən Həzrət Abbasovun idarənin rəis müavini Elnur Əliyevin yerinə təyinatından sonra birinci "qılıncını sıyırıb": "Həzrət Abbasov idarənin Debitor Borcları və Sudan Qanunsuz İstifadə Qrupunun üzvlərini "gözüm-çıxdı"ya salıb. O, demək olar ki, hər həftə qrup üzvlərinin üzərinə daha böyük məbləğdə pul toplamaq planı qoyur. Halbuki, Abbasov əla bilir ki, qrup üzvləri qanunla nağd pul toplaya bilməz. Ancaq buna baxmayaraq, o, qrup üzvlərinin "plan"ını günü gündən ağırlaşdıraraq, onları təzyiq altında saxlayır. Artıq vəziyyət o həddə çatıb ki, bir qrup işçi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə gedərək şikayətləniblər. İndisə onlar bu şikayətə görə təzyiqlə qarşılaşıblar. Yəni, idarədə müsbətə doğru dəyişən mühit yoxdur"

Xəbərdə iddia olunur ki, E.Nəbiyevin təyinatından sonra işdən qanunsuz azad olunanlarla təzyiq altında olan işçilər bir yerdə ölkə rəhbərliyinə müraciət etməyə hazırlaşırlar...

Məlumat üçün onu da qeyd edək ki, Etibar Nəbiyevin doğma əmisi oğlu İbrahim idarənin ümumi şöbəsinin müdiri təyin etməsi isə artıq traybalizmin təzahürü sayıla bilər...

Onu da qeyd edək ki, agentlik sədri Z.Mikayılovun az əvvəl iki qudasını da özünə müşavir təyin etməsi barədə xəbər yayılmışdı...

F.ƏHMƏD
Mia.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://mia.az
archiveBu xəbər 03 Dekabr 2024 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri