Icma.az
close
up
RU
Bərpa quruculuq və davamlı inkişaf dövrü

Bərpa quruculuq və davamlı inkişaf dövrü

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Anar Məmmədov

Milli Məclisin deputatı

8 noyabr tarixi Azərbaycanın qədim və əbədi mədəniyyət beşiyi olan Şuşa şəhərinin 28 illik işğaldan sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz tərəfindən azad edildiyi şanlı gündür. Şuşanın azadlığı, Vətən müharibəsinin və bütövlükdə Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesinin taclanması demək idi.

Şuşa Azərbaycanın musiqi, incəsənət və mədəniyyətinin mərkəzi, Qafqazın incisidir. Şuşanın azad edilməsi, təkcə hərbi qələbə yox, həm də milli ruhumuzun, mədəni irsimizin və tarixi yaddaşımızın bərpasıdır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusu Vətən müharibəsində 30 ilə yaxın erməni quldurlarının tapdağı altında qalan hər bir şəhər və kəndin işğaldan azad edilməsində qəhrəmanlıq səhifəsi yazdı. İndi işğalçılara qarşı aparılan “Dəmir yumruq” əməliyyatı dünyanın qabaqcıl ölkələrinin hərb məktəblərində öyrənilir. Həmin sırada Şuşa uğrunda döyüşlər xüsusi yer tutur. Şuşa döyüşləri Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biri idi. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürdü. Bu şəhər təbii istehkam olduğundan oraya tank və digər ağır silahlarla girmək mümkün deyildi. Odur ki, alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla sıx meşələrdən, dərin dərələrdən keçərək, sıldırım qayalara, dağlara dırmaşaraq düşmənlə üzbəüz döyüşdə şəhəri azad ediblər. Xarici hərbi ekspertlərin də diqqət mərkəzində olan bu döyüşlər Azərbaycan Ordusunun əsgər və zabitlərinin yüksək döyüş taktikası seçməsinin, peşəkarlığının və vətənpərvərliyinin nəticəsi idi. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad ediblər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan Bayrağı qaldırılıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən deyib: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.

Tarixin sərt sınaqlarından keçərək bir çox hadisələrə şahidlik edən Şuşa 28 illik işğal dövründə də sınmadı, əyilmədi. Prezident İlham Əliyevin dediyi kimi, “İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik”.

Şuşa əməliyyatı Azərbaycan əsgərinin cəsarətinin, vətənpərvərliyinin və fədakarlığının ən parlaq nümunəsidir. Bu misilsiz Qələbə, həm də bütün xalqımızın Ali Baş Komandanın ətrafında birləşərək göstərdiyi sarsılmaz iradənin təzahürüdür. Şuşanın azad edilməsi ilə Azərbaycanda yeni bir dövr - quruculuq, bərpa və davamlı inkişaf dövrü başlamışdır. Bu gün Şuşanın işğal dövründə məruz qaldığı dağıntılar aradan qaldırılır. Orada sürətlə aparılan bərpa və quruculuq işləri, həmçinin hər il keçirilən “Xarı Bülbül” beynəlxalq musiqi festivalları sübut edir ki, Şuşa yenidən öz tarixi missiyasına - regionda mədəniyyət və sivilizasiyanın mərkəzi olmağa qayıdır. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənəvi cəhətdən də dirçəlir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Noyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri