Icma.az
close
up
RU
Alma qabıqlarını heç vaxt atmayın FAYDALARI

Alma qabıqlarını heç vaxt atmayın FAYDALARI

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Almanı soyub qabığını atmağa tələsməyin. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, məhz qabığında immun sistemini gücləndirən, həzmi tənzimləyən və ürəyi qoruyan ən çox vitamin, antioksidant və lif cəmlənib.

Güclü antioksidantlarla zəngindir

Alma qabığı karotinoidlər, flavonoidlər və antosianinlər kimi təbii antioksidantlar ehtiva edir. Bu maddələr alma qabığına parlaq rəng verir və orqanizmi sərbəst radikalların zərərli təsirindən qoruyur.

xroniki xəstəliklərin riskini azaldır;

orqanizmdəki iltihabı azaldır;

yaşlanma prosesini ləngidir.

Həzmi yaxşılaşdırır və iştahanı tənzimləyir

Yeni araşdırmalara görə, alma qabığındakı liflər metabolik sindromun yəni ürək xəstəlikləri, 2-ci tip diabet və insult riskini artıran vəziyyətlər qrupunun qarşısını almağa kömək edir.

Bu liflər eyni zamanda:

uzunmüddətli toxluq hissi yaradır;

bağırsaq mikroflorasını gücləndirir;

qəbizliyin qarşısını alır.
Hormon balansını qoruyur

Alma qabığındakı xlorofil bədən üçün təbii təmizləyicidir. O, hormon balansını pozan kimyəvi birləşmələrin təsirini azalda bilər və xroniki iltihabın qarşısını alır.

Nəticədə alma qabığını yemək:

hormon sisteminin sağlam qalmasına kömək edir;

uzunmüddətli iltihab riskini azaldır;

ümumi orqanizm balansını qoruyur.

Beyin sağlamlığını dəstəkləyir

Məlumata görə, alma qabığı orqanizmdə o cümlədən beyindəki iltihabı azaldır. Bu, Altsheymer və Parkinson kimi xəstəliklərin qarşısının alınmasına yardımçı ola bilər. Antioksidantlar beyin hüceyrələrini qoruyur, qan dövranını yaxşılaşdırır və yaddaşı gücləndirir.

Xərçəngə qarşı qoruyucu təsir göstərir

Alma qabığında olan təbii antioksidantlar: hüceyrələrin oksidativ zədələnməsini azaldır;
bədxassəli hüceyrə dəyişikliklərinin qarşısını alır;

orqanizmdə daxili balansı (homeostazı) bərpa etməyə kömək edir.
Alma qabığından istifadə yolları

1. Quru qabıq çayı

Qurudulmuş alma qabıqlarını dəmləyərək ətirli və vitaminli içki kimi istifadə edin.

2. Şirniyyatlara əlavə edin

Qabığı xırda doğrayıb keks, piroq və ya maffin xəmirinə qatın həm dadı, həm faydası artır.
3. Salatlara qatın

Almanı qabığı ilə birlikdə doğrayıb kök, kələm və ya kərəvizlə qarışdırın.

4. Sağlam qəlyanaltı hazırlayın

Qabığı darçın və az miqdarda balla sobada bişirin və ya şəkərlə qaynayıb qurudaraq evdə “çips” və ya çəkilmiş meyvə konfetləri (çakata) hazırlayın.

5. Səhər yeməyinə əlavə edin

Qabığı xırda doğrayıb yulaf sıyığına və ya yunan yoqurtuna qarışdırın həm ləzzətli, həm də qidalandırıcı olar.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri