Icma.az
close
up
RU
Beş ildir tikinti başa çatmır Şərq İnşaat ın payçıları mənzilsiz qalıblar ŞİKAYƏT

Beş ildir tikinti başa çatmır Şərq İnşaat ın payçıları mənzilsiz qalıblar ŞİKAYƏT

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Bakı şəhəri, 5-ci mikrorayon, 20 Yanvar küçəsi, 3005-ci məhəllədə "Şərq İnşaat" MMC tərəfindən inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisinin uzun müddətdir yarıda qalması sakinlərin narazılığına səbəb olub.

Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, şikayətçilər bildiriblər ki, şirkət tərəfindən iki blokdan ibarət ("A" bloku - 14 mərtəbə, "B" bloku - 12 mərtəbə) binanın tikintisinə başlanılıb, əsas beton-konstruksiya işləri yekunlaşsa da, proses illərdir, tam başa çatdırılmır.

Sakinlər qeyd edirlər ki, layihəyə görə, hər iki binada ümumilikdə 147 mənzil nəzərdə tutulub. Onlardan 30 mənzil ərazidəki qəzalı binanın sökülməsi nəticəsində evsiz qalan sakinlərə məxsusdur. Həmin ailələr artıq beş ildir ki, kirayələrdə yaşayır və mənzillərini ala bilmirlər:

"Pilot layihə çərçivəsində icra olunan tikinti, qanunvericiliyə görə, üç il ərzində başa çatdırılmalı idi. Lakin "Şərq İnşaat" MMC beş ildir ki, prosesi yubadır. Əsas tikinti işləri bir neçə il əvvəl yekunlaşsa da, binaların dam örtüyü vurulmayıb. Şirkət isə bunun səbəbini hər iki binaya əlavə mərtəbə tikilməsi ilə əsaslandırır".

Sakinlər bunu qanunsuz və əsassız hesab edir, layihədə nəzərdə tutulmadığını və payçıların hüquqlarını kobud şəkildə pozduğunu vurğulayırlar:

"Sakinlərlə bağlanılan müqavilələrdə tikintinin bitmə tarixi göstərilməyib, bu da şirkətin məsuliyyətdən yayınmasına şərait yaradıb".

Şikayətçilər iddia edirlər ki, "Şərq İnşaat" MMC-nin faktiki sahibi Rəfail Məmmədovdur. Onun şirkəti başqalarının adına rəsmiləşdirdiyi, hətta tikilməyən mərtəbələrdən belə, mənzillər sataraq insanların etibarından sui-istifadə etdiyi bildirilib.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Sentyabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri