Icma.az
close
up
RU
Bəs sizin nömrənizi GetContactda hansı adla yazıblar? Şəxsi məlumatlarımız belə oğurlanırmış

Bəs sizin nömrənizi GetContactda hansı adla yazıblar? Şəxsi məlumatlarımız belə oğurlanırmış

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Tanımadığı nömrələrdən gələn zəngin kimə aid olduğunu və ya adını başqalarının necə qeyd etdiyini öyrənmək məqsədilə "GetContact" mobil tətbiqindən istifadə edib problemlərlə üzləşənlər az deyil.
Belə ki, bəziləri adının əvəzinə nalayiq ifadələr yazıldığından, bəziləri də heç bir halda özünə aid olmayan ifadələrlə adlandırılmasından narazıdır. Baku TV-nin mövzu ilə bağlı paytaxt sakinləri arasında keçirdiyi sorğu zamanı vətəndaşlar bildiriblər ki, sözügedən halla özləri də, dost-tanışları da qarşılaşıblar.
"Rəfiqəmin kontakta başqaları tərəfindən necə qeyd edildiyini yoxlayanda, ona heç uyğun olmayan adlar yazıldığını görmüşəm", - deyə şəhər sakinlərindən biri bildirib.
İnformasiya texnologiyaları üzrə mütəxəssislər deyirlər ki, bu proqramdan istifadə edənlərin nömrəsi 3-cü şəxsə satıla və məlumatları oğurlana bilər:
"Kibercinayətkarlar proqram vasitəsilə bütün baza məlumatlarını əldə edə bilərlər. Proqram vətəndaşların telefonundakı məlumatları öz bazasına çəkir və başqaları ilə paylaşır. Bu kimi proqramlar kibercinayətkarlığın əsas vasitələrindən biridir".
Hüquqşünas Hikmət Əliyevin sözlərinə görə, mobil tətbiqdə adınızın yerinə təhqir ifadəli sözlər yazan şəxslər məsuliyyətə cəlb edilə bilərlər:
"Bir şəxsin başqa birinin adını qəsdən təhqir hesab edilən sözlə qeyd etdiyi sübut olunduğu, həmin ifadə kütləvi şəkildə yayıldığı təqdirdə, bu, şərəf və ləyaqətin alçaldılması əməli hesab edilir. Bu hərəkətləri edən şəxs Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb edilə bilər". (Oxu.az)
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Dekabr 2024 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblilər qırmızıdan keçən “Renault”la toqquşmaqdan son anda xilas oldular VİDEO

01 Noyabr 2025 00:15see197

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see194

Putin İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

01 Noyabr 2025 12:50see184

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see149

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see139

Yeni sərmayə institutu...

01 Noyabr 2025 10:39see139

Nazir Kürdəmirdə sıra baxışı keçirdi, 163 nəfər seçildi Video

01 Noyabr 2025 13:26see139

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

01 Noyabr 2025 00:14see136

Rusiyada barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı

01 Noyabr 2025 07:03see131

Abşeronda bədbəxt hadisə: Gənc 12 ci mərtəbədən yıxıldı

01 Noyabr 2025 22:10see128

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

01 Noyabr 2025 18:12see128

Səmalar yenidən türklərin əlinə keçir İsrailli ekspert

01 Noyabr 2025 19:44see126

12 manata “monqol əti” Azərbaycan bazarında ayaq açıb yürüyür VİDEO

01 Noyabr 2025 10:51see125

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see124

G7 nin enerji nazirləri açıqlama veriblər...

01 Noyabr 2025 19:58see124

Liqa 1: PSJ yeganə qolla “Nitsa”ya qalib gəlib

01 Noyabr 2025 22:29see124

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see123

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see122

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see120

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri