Icma.az
close
up
RU
Beş yüz min ev üçün ümid Nəhəng problem həll olunur?

Beş yüz min ev üçün ümid Nəhəng problem həll olunur?

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Sənədsiz evlər problemi yenidən diqqət mərkəzindədir. Milli Məclisdə deputat Kamal Cəfərov tərəfindən bu evlər üçün amnistiya təklifi irəli sürülüb. Rəsmi məlumatlara görə, ölkədə 500 mindən çox sənədsiz ev mövcuddur. Hüquqi statusun olmaması vətəndaşları qeydiyyat, kommunal təminat, vərəsəlik və alqı-satqı kimi fundamental mülkiyyət hüquqlarından məhrum edir. Nəticədə, mülklərin bazar dəyəri 20-30% ucuzlaşır, banklar onları girov qəbul etmir və bu mülklər iqtisadi fəaliyyət üçün kapitala çevrilə bilmir.

Problemin həlli üçün Türkiyənin 2018-ci ildə 7 milyon evi əhatə edən "İmar Barışı" proqramına istinad edilərək, ölkəmizdə də oxşar dövlət proqramının icrası təklif olunur. Nəqliyyat, enerji xətlərinin mühafizə zolaqları və digər riskli ərazilər istisna olmaqla, qalan tikililərin leqallaşdırılmasının ölkə iqtisadiyyatına və büdcəyə milyardlarla manat əlavə dəyər qazandıracağı vurğulanır. Bəs, parlamentdə səsləndirilən bu amnistiya təşəbbüsü nə dərəcədə realdır?

“50-55 min mənzil dərhal sənədləşdirilə bilər”

Əmlak eksperti Firdovsi Xəlilovun sözlərinə görə, bu məsələnin birdən-birə həlli qeyri-mümkündür: “Real və effektiv nəticə əldə etmək üçün sənədsiz evlər kateqoriyalara bölünməli və qeydiyyatları ən asandan çətinə doğru prinsipi ilə həll edilməlidir. Sənədləşdirmənin ən asan mərhələsi çoxmənzilli yaşayış binalarıdır. Bir çox yeni tikililərdə vətəndaşlar qaz, su və işıqla təmin olunsa da, çıxarışların verilməsi bəzən 10-15 il yubanır. İlkin hesablamalara görə, MTK-lar qarşısında öhdəliklərini tam yerinə yetirmiş 50-55 min mənzil dərhal sənədləşdirilə bilər”.

F.Xəlilov bildirdi ki, ikinci kateqoriyaya təyinatı uyğun olmayan torpaqlarda tikilmiş fərdi evlər aiddir. Vətəndaşın mülkiyyətində olan torpaqda tikilmiş, lakin ərazisi kənd təsərrüfatı və ya örüş təyinatlı olan on minlərlə ev var: “Buna misal olaraq Bakının Binə, Xocəsən, Pirşağı, Mehdiabad, eləcə də Sumqayıt ətrafındakı qəsəbələri göstərmək olar. Nazirlər Kabinetinin qərarı ilə bu ərazilərin təyinatı dəyişdirilərək yaşayış məntəqələrinə aid edilməli, daha sonra isə vətəndaşlar şəhərsalma qaydalarına uyğun şəkildə çıxarışlarını almalıdırlar. Üçüncü mərhələ bələdiyyə sənədli torpaqları əhatə edir. İlk növbədə bu ərazilərin yaşayış üçün uyğunluğu yoxlanılmalı və başqa şəxslərin ərazi üzərində mülkiyyət iddiasının olub-olmaması dəqiqləşdirilməlidir. Əgər hər şey qaydasındadırsa, təyinat dəyişdirilərək mərhələli şəkildə həm torpağa, həm də evə çıxarış verilə bilər”.

“Amnistiyanın gələcəkdə yeni qeyri-qanuni tikililərə yol açmaması üçün...”

Ekspertin fikrincə, ən çətin və sona saxlanılmalı olan mərhələ isə zəbt olunmuş və mübahisəli ərazilərdəki evlərin taleyinə aydınlıq gətirilməlidir: “Məhkəmə predmeti olan bu ərazilərə yüksək gərginlikli elektrik xətlərinin altı, magistral yolların kənarları və su kollektorlarının üzərində tikilmiş evlər aiddir. İnsan həyatı üçün təhlükə yaradan belə evlər istisna olmaqla, digər qruplarda sənədləşməyə başlanarsa, bir il ərzində 500 min mənzilin ən azı yarısına çıxarış vermək mümkündür. Bununla yanaşı, amnistiyanın gələcəkdə yeni qeyri-qanuni tikililərə yol açmaması üçün yaşayış təyinatı olmayan riskli ərazilərdə (məsələn, kollektor və göl ətrafında) evlərin inşasının qarşısı sistemli şəkildə alınmalıdır”.

“Hüquqi baxımdan tam realdır”

Hüquqşünas Rüstəm Əzimzadə düşünür ki, onilliklərdir istifadə edilsə də, bu tikililər hüquqi baxımdan dövlət reyestrində yoxdur. Məsələ Mülki Məcəllə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun və Şəhərsalma Məcəlləsi ilə tənzimlənir. Mövcud qanunvericiliyə görə, müvafiq tikinti icazəsi olmayan hər hansı bina qanunsuz sayılır. Məhz bu status boşluğu yüz minlərlə vətəndaşı qeydiyyat, kommunal xidmət, vərəsəlik və kredit imkanlarından məhrum edir: “Parlamentdə səsləndirilən amnistiya təşəbbüsü hüquqi baxımdan tam realdır. Bu yanaşma beynəlxalq təcrübədə də geniş tətbiq olunur. Məsələn, Türkiyədə 2018-ci ildə tətbiq edilən "İmar Barışı" proqramı çərçivəsində yeddi milyondan çox tikili bazar dəyərinin cüzi 3 faizi həcmində rüsum ödənilməklə rəsmiləşdirilib. İspaniya, Portuqaliya və bir sıra digər ölkələrdə də analoji mexanizmlər dövlət və vətəndaş münasibətlərində müsbət nəticə verib”.

“Əmlak tam hüquqi dövriyyəyə daxil olacaq”

Hüquqşünasın fikrincə, vətəndaş rəsmi çıxarış əldə edərək Konstitusiyanın 13-cü maddəsindəki mülkiyyət təminatından tam yararlanacaq. Vərəsəlik hüququ bərpa ediləcək və illərdir yığılıb qalan miras problemləri rəsmiləşəcək: “Alqı-satqı və girov proseslərində köklü dönüş baş verəcək. Əmlak tam hüquqi dövriyyəyə daxil olacaq, evlərin hazırda mövcud olan 20-30 faizlik dəyər itkisi aradan qalxacaq”.

Xüsusi dövlət proqramı və ya ayrıca qanun

Hüquqşünas Elnur Məmmədovun sözlərinə görə, dövlət ilk növbədə hansı tikililərin leqallaşdırılmasının mümkün olduğunu müəyyən etməlidir. Nəqliyyat və enerji xətlərinin mühafizə zolaqlarında, strateji təyinatlı torpaqlarda, təhlükəli geoloji ərazilərdə və hüquqi mübahisə predmeti olan torpaq sahələrində yerləşən evlərin leqallaşdırılması qanunvericilik və ictimai təhlükəsizlik baxımından mümkün deyil.

E.Məmmədov hesab edir ki, problemin həlli üçün mövcud qanunvericiliyə ayrı-ayrı dəyişikliklər etmək kifayət etməyə bilər. Çünki məsələ həm torpaq hüququnu, həm şəhərsalma qaydalarını, həm də daşınmaz əmlakın dövlət qeydiyyatı sistemini əhatə edir: “Buna görə də xüsusi dövlət proqramının və ya ayrıca qanunun qəbul edilməsi daha məqsədəuyğun olardı. Əsas məsələ hüquqi, texniki və təhlükəsizlik meyarlarının düzgün müəyyən olunması və prosesin mərhələli şəkildə həyata keçirilməsidir”. ("Kaspi" qəzeti)


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 İyun 2026 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri