Bəşər Əsəddən kritik həmlə: hərbçilərin maaşı 50 faiz artırılıb Həma isə 3 istiqamətdən mühasirəyə alınıb
Icma.az, Mia.az saytına istinadən bildirir.
Noyabrın 27-dən başlayaraq Suriyada bir neçə iri şəhəri müxaliflərlə döyüşddə itirən prezident Bəşər Əsəd ordunu ruhlandırmaq üçmün kritik həmlə edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hazırda ölkənin 4-cü iri şəhəri Həa uğurunda mübarizənin getdiyi bir məqamda Bəşər Əsəd mühüm fərman imzalayıb.
Fərmana əsasən, bütün hərbçilərin maaşı 50 faiz artırılıb: "Prezident Bəşər Əsəd bununla ordusunu əks-hücumda ruhlandırmağa çalışır"
Məlumatda deyilir ki, Suriyanın mərkəzində strateji mövqedə olan Həmada dünən axşam saatlarından etibarən müxaliflər şəhəri üç tərəfdən mühasirəyə alıb: "Səhərədək intensiv toqquşmalar davam edib"
Həmadakı döyüşləri "Əl-Cəzirə" son bir neçə gündə baş verən ən mühüm hadisə kimi təsvir edir: "Suriya administrasiyasının paytaxt Dəməşqi qorumaq üçün sonuncu qala mənasını verən Həmanı əldə saxlamaq həyati əhəmiyyət kəsb edir”.
Firudin Səfərli
MİA.AZ
Baxış sayı:72
Bu xəbər 05 Dekabr 2024 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















