Siyarto: Aİ Rusiya ilə müharibəyə hazırlaşır və Ukraynada hərbi zavodlar tikmək istəyir
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib ki, Avropa İttifaqı Rusiya ilə mümkün müharibəyə hazırlaşır və bu çərçivədə Ukraynanın hərbi sənayesinin maliyyələşdirilməsini müzakirə edir.
APA xəbər verir ki, Siyarto bu açıqlamanı Brüsseldə Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etdikdən sonra mətbuat konfransında səsləndirib.
Nazirin sözlərinə görə, Aİ bu məqsədlə Qərbdə Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməyi planlaşdırır.
O qeyd edib ki, Aİ Xarici İşlər Şurasında hələ də “hərbi fanatizm” hökm sürür.
Siyarto əlavə edib ki, bəzi Avropa ölkələrinin paytaxtlarında Ukrayna dövlətinin və Silahlı Qüvvələrinin fəaliyyətinin Avropa vergiödəyiciləri hesabına maliyyələşdirilməsi ilə bağlı qərarlar qəbul edilib.
XİN başçısı vurğulayıb ki, müzakirələr hətta Ukraynada hərbi zavodların tikilməsi məsələsinə qədər gedib çıxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 16 Dekabr 2025 02:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















