Icma.az
close
up
RU
Bəşər Əsədin həyat yoldaşı haqqında ŞOK İDDİA: Britaniya kəşfiyyatının agentidir

Bəşər Əsədin həyat yoldaşı haqqında ŞOK İDDİA: Britaniya kəşfiyyatının agentidir

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Birləşmiş Krallıqda yerləşən UK Declassified, Suriyanın devrilmiş lideri Bəşər Əsədin həyat yoldaşı Esma Əsədin Britaniya kəşfiyyatı ilə əlaqəsi olduğunu iddia edən çox məxfi sənədləri dərc edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, sızdırılan sənədlər Esma Əsədin ABŞ Milli Təhlükəsizlik Şurası və İngiltərənin MI5 kəşfiyyatının agenti kimi çalışdığını ortaya çıxarıb. 

Suriyada silahlı müxalifət qüvvələri paytaxt Dəməşqə daxil olduqdan sonra 61 illik Baas rejimi devrilib və Bəşər Əsəd həyat yoldaşı ilə birlikdə Rusiyaya qaçıb. Bütün dünya hadisələri yaxından təqib edərkən, əvvəllər döş xərçəngi olan və bir müddət əvvəl lenfoma ilə mübarizə apardığını açıqlayan Esma Esadın Bəşər Əsəddən boşanmaq istədiyi iddiaları ortaya atılıb. Mövzu ilə bağlı açıqlama verən Kreml bu iddiaları təkzib edib.

Esma Əsəd haqqında bomba iddia

Bir vaxtlar Suriyanın müasir siması kimi təqdim edilən London əsilli Esma Əsəd səhhətindəki problemlər və boşanma iddialarından başqa fərqli bir məsələ ilə gündəmə gəlib.

Birləşmiş Krallıqda yerləşən UK Declassified, Esma Əsədin Britaniya kəşfiyyatı ilə əlaqəli olduğunu iddia edib. Nəşr edilən çox məxfi sənədlərdə Esma Əsədin 1994-cü ildə İngiltərədə əks-kəşfiyyat fəaliyyətində iştirak etdiyi və MI5 rəsmiləri ilə görüşlər keçirdiyi iddia edilir.

Oteldə özəl görüş

Dərc edilmiş sənədlərin birincisində Esma Əsədin Britaniya kəşfiyyatı ilə əlaqələri ilə bağlı təfərrüatlar var. Sənəddə Esma Əsədin Chesterfield Mayfair otelində o vaxtkı Britaniya Məxfi Xidməti MI5-in yüksək rütbəli rəsmisi Eliza Manninqqam-Buller ilə təkbətək görüş keçirdiyi bildirilir. Görüşdə Suriya lideri Bəşər Əsədin də iştirak etdiyi qeyd edilib. Sənədlərdə Esma Esadın atası həkim Fəvaz Əl-Ahrasın Aktondakı evində keçirilən şəxsi görüşə qatıldığı da bildirilir. Bu görüşdə həm hərbi, həm də mülki Britaniya rəsmilərinin iştirak etdiyi və görüşdə Suriya-İsrail münasibətləri və regional sülh danışıqlarının müzakirə edildiyi vurğulanıb.

Sənədlərdəki digər mühüm iddia isə Bəşər Əsədin İngiltərədə təhsil aldığı müddətdə fəaliyyətinin İngiltərə və Suriya kəşfiyyatı tərəfindən yaxından izlənilməsidir. Hesabatlarda Əsədin akademik araşdırmalarından kənara çıxdığı və diqqətini siyasi məsələlərə yönəltdiyi və onun gələcək siyasi meyllərini qiymətləndirməyə çalışıldığı bildirilir.

Sənədlərdə bu görüşlərin zahirən sosial xarakterli olduğu, əslində isə siyasi məzmun daşıdığı bildirilir. İddialara görə, Bəşər Əsədin Suriya-İsrail münasibətləri və regional siyasətləri ilə bağlı fikirləri diqqətlə araşdırılıb və onun gələcək mümkün istiqamətləri haqqında məlumatlar toplanıb. Suriya kəşfiyyatına aid olduğu iddia edilən sənədlərdə o vaxtkı Kəşfiyyat İdarəsinin rəisi general-mayor Əli İssa Dubanın imzası var.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Yanvar 2025 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri